Aleksey Anatolyeviç Qay (; ) — ukraynalı futbolçu.

Karyera

Klub karyerası Aleksey Qay Futbol üzrə Ukrayna çempionatında 136 oyun keçirmiş və 22 qol vurmuşdur. O, Futbol üzrə Ukrayna Kubokunda 27 oyun keçirmiş və 6 qol vurmuşdur. Aleksey Qay UEFA turnirlərində 17 oyun keçirmişdir.

Aleksey Qay 15 iyun 2013-cü ildə "Çyernomorest" FK ilə iki illik bir müqavilə imzalamışdır. Müqavilə 1 iyul tarixində qüvvəyə minmişdir. O, 10 nömrəli forma ilə çıxış etmişdir.

Aleksey Qay 2015-ci ilin yanvar ayında Azərbaycanın "Qəbələ" FK ilə bir il yarımlıq müqavilə imzalamışdır. Buna əlavə olaraq, "Qəbələ" FK-nun yeni baş məşqçisi Qayın "Çyernomorest" FK-dakı keçmiş baş məşqçisi Roman Qriqorçuk təyin edilmişdir.

Aleksey Qay Futbol üzrə Azərbaycan Çempionatında 51 oyun keçirmiş və 14 qol vurmuşdur. O, Futbol üzrə Azərbaycan Kubokunda 5 oyun keçirmiş və 4 qol vurmuşdur. Aleksey Qay UEFA turnirlərində 14 oyun keçirmişdir.

Aleksey Qay 5 avqust 2016-cı ildə "Kuban Krasnodar" FK ilə iki illik bir müqavilə imzalamışdır. Komanda 19 mart 2017-ci ildə, Rusiya Peşəkar Futbol Liqasının 27-ci turunda "Mordoviya" FK-ya qarşı oyun keçirmişdir. O, rəqib komandanın oyunçusu olan Aleksandr Alxazova təcili yardım göstərmişdir. Aleksey bu hərəkətinə görə, Rusiya Milli Futbol Liqası Çempionatından xüsusi bir mükafat almışdır.

Beynəlxalq karyerası O, Ukrayna U-19 milli futbol komandasında 25 oyun keçirmiş və 3 qol vurmuşdur. Aleksey Qay 2002-ci ilin fevral ayında Ukrayna U-21 milli futbol komandasının baş məşqçisi Anatoli Kroşenko tərəfindən çağırılmışdır. O, bu dövrdə 13 oyun keçirmiş və sadəcə 1 qol vurmuşdur. O, Ukrayna milli futbol komandasında 29 oyun keçirmişdir.

Uğurları UEFA Kubokunun qalibi (1): 2008/09 Ukrayna çempionu (6): 2001/02, 2007/08, 2009/10, 2010/11, 2011/12, 2012/13 Ukrayna çempionatının gümüş mükafatçısı (2): 2002/03, 2006/07 Azərbaycan çempionatının bürünc mükafatı (2): 2014/15, 2015/16 Ukrayna Kubokunun qalibi (7): 2000/01, 2001/02, 2003/04, 2007/08, 2010/11, 2011/12, 2012/13 Ukrayna Kubokunun finalçısı (1): 2008/09 Ukraynanın əməkdar idman ustası: 2009 III dərəcəli "Cəsarət" ordeni (2009)

Karyera statikası

KlubMövsümÇempionatKubokAvrokubokSuperkubokÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolŞaxtyor |2000/01 |3||0||-||-||-||-||||-||3||0 |- |2001/02 |7||1||2||0||-||-||-||-||9||1 |- |2002/03 |29||5||4||0||4||0||-||-||37||5 |- |2003/04 |15||2||2||0||6||0||-||-||23||2 |- |rowspan="2"|İliçyovets2004/052633120-3142005/0629864----3512Şaxtyor |2006/07 |18||1||6||0||5||0||-||-||29||1 |- |2007/08 |14||2||4||2||-||-||1||0||19||4 |- |2008/09 |16||2||5||0||9||0||-||-||30||2 |- |2009/10 |13||1||2||0||8||3||-||-||23||4 |- |2010/11 |11||0||1||0||6||0||-||-||18||0 |- |2011/12 |9||0||4||0||-||-||-||-||13||0 |- |2012/13 |6||0||2||1||-||-||-||-||8||1 |- |rowspan="1"|Çyernomorest2013/141822014410356Karyera boyunca201254184562031341

İstinadlar

Xarici keçidlər

Kateqoriya:III dərəcəli "Cəsarət" ordeninin kavalerləri Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Kuban Krasnodar FK futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukrayna milli futbol komandasının oyunçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri