Şahnəzərov Nikolay Samsonoviç () — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi.

Həyatı Nikolay Şahnəzərov 1908-ci ildə Sabunçu kəndində anadan olmuşdur. 1929–1932-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır.

Siyasi fəaliyyəti Nikolay Şahnəzərov 1939-cu ildən Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur. 1946–1947-ci illərdə o, Lənkəran Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində çalışmışdır. 1954–1958-ci illərdə isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

1 dekabr 1958-ci il tarixindən 25 oktyabr 1962-ci il tarixinədək Nikolay Şahnəzərov Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi olmuşdur.

1977-ci ildə Nikolay Şahnəzərov Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin idarəetmə üzrə müavini vəzifəsinə təyin olunmuşdur.

18 fevral 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olmuşdur.

SSRİ Ali Sovetinin VI, Azərbaycan SSR Ali Sovetinin isə V çağırış deputatı olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayəti Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri