Yuxarı məhəllə sinaqoqu — Oğuz şəhərində Arzu Əliyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq.
Haqqında Yuxarı məhəllə sinaqoqu Oğuz şəhərində Arzu Əliyeva küçəsində yerləşir. Sinaqoq 1897-ci ildə Ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilib. Sovet işğalından sonra digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanıb və onun binasından anbar kimi istifadə olunub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra, 2004–2006-cı illərdə sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir edilib. Hal-hazırda sinaqoqdan ibadətgah kimi istifadə olunur. Həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst ibadət edirlər.
Şəkilləri
Həmçinin bax Aşağı məhəllə sinaqoqu Azərbaycan yəhudiləri
İstinadlar
Xarici keçidlər Gəzməyə Vətən Yaxşı — Aşağı Və Yuxarı Sinaqoqlar | Oğuz
Kateqoriya:Oğuz sinaqoqları Kateqoriya:1897-ci ildə yarananlar Kateqoriya:1897-ci ildə Avropada yarananlar