Zahir Əbdürəhmanov (Zahir Şahismayıl oğlu Əbdürəhmanov; ) — Azərbaycan SSR əməkdar mühəndisi (1980); Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı; Nərimanov rayon partiya komitəsinin I katibi (1981).
Həyatı Zahir Əbdürəhmanov 1934-cü ilin yanvar ayının 1-də Azərbaycan SSR-nın Göyçay şəhərində anadan olmuşdur. 1951-ci ildə Göyçay şəhərində orta məktəbi Qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışmışdır.
Bakı şəhər Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olmuşdur.
1979-cu ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsinin II katibi, 1981-ci ildən I katibi vəzifələrində çalışmışdır.
Bir müddət "Ümumittifaq Neft Maşınqayırma" İstehsalat Birliyi rəhbərliyində, sonra isə "Qaratəkrarmetal" İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
Müxtəlif dövrdə Azərbaycan Politexnik İnstitutunda Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermişdir.
Bir çox səmərələşdirici təklif və ixtiranın müəllifidir.
2004-cü il sentyabrın 16-da Bakı şəhərində vəfat etmişdir
Hobbisi Gənc yaşlarında Zahir Əbdürəhmanov şeirlər, publisistik yazılar ərsəyə gətirmişdir.
Təltifləri Uzun illər məhsuldar əməyinə görə SSRI Kimya və Neft Maşınqayırma Nazirliyi və Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Fəxri Fərmanı. 1970-ci il V. İ. Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Fədakar əməyə" görə medalı. 1976-cı il "Qırmızı Əmək Bayrağı" ordeni və bir sıra medall. 1980-ci il aprelin 15-də ilə uzun illər səmərəli işlədiyinə, respublikada neft maşınqayırmasının inkişafında xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR Əməkdar mühəndisi" fəxri adı.
Filmoqrafiya "Zəngin ömür kitabı olan şəxsiyyət" — ATV: 2008 "İşığın zirvəsində" — Lider TV: 2017
Ədəbiyyat Əsəd Quliyev, "Ağ gecə", Bakı, Azərnəşr, 2014. Müşfiq Cabiroğlu, "Etdiyim yaxşılıqlar qarşıma çıxır", "Yeni Təfəkkür", 22 sentyabr 2007.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR əməkdar mühəndisləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları