Xoca Mərcanlı bulağı — Şuşanın Xoca Mərcanlı məhəlləsində Xoca Mərcanlı məscidinin yanında yerləşir. Bulaq XVIII əsrdə tikilib.
1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.
Bulaq, 2001-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.
Haqqında Əsası XVIII əsrdə qoyulan Şuşa 17 məhəllədən ibarətdir. Hər məhəllənin özünün məscidi, bulağı və hamamı olub. Bu məhəllələrdən biri olan Xoca Mərcanlı məhəlləsinin də tarixi şəhərin tarixi ilə üst üstə düşür. Xoca Mərcanlı məhəlləsi Şuşanın mərkəzində yerləşən yuxarı məhəllələrdən biridir. Məhəllə salındığı dövrdə burada məscidlə yanaşı bulaq da tikilib. 1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb, məscid və məhəllədəki digər tikililər dağıdılıb. Bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.
Həmçinin bax Xoca Mərcanlı məscidi Xoca Mərcanlı məhəlləsi
İstinadlar
Kateqoriya:Şuşa abidələri Kateqoriya:Azərbaycan bulaqları Kateqoriya:Şuşa bulaqları Kateqoriya:Azərbaycandakı xarabalıqlar Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:XVIII əsrdə yarananlar