Məhəmmədhəsən ağa sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən tarixi saraydır. Saray, Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmışdır. Saray, İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa və ailə üzvlərinə məxsus olmuşdur. 1796-cı ildə Şuşanı ələ keçirən Ağa Məhəmməd şah Qacar Məhəmməd Həsən ağa sarayında yaşamağa başlamış və 1797-ci ildə bu sarayda nökər Səfər Əli tərəfindən qətlə yetirilmişdir.
Tarixi 200px|thumb|right|Şuşanın tarixi mərkəzinin planında Məhəmmədhəsən ağa sarayının yerləşməsi Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.
Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.
N. Dubrovinin məlumatına görə, qalanın cənub-şərq tərəfindənki sıldırım qayanın üstündə "İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağanın kvadrat formalı sarayı" yerləşirdi. 1796–1797-ci illərdə Şuşa qalasının işğalı zamanı Ağa Məhəmməd xan Qacar və əyanları bu sarayda məskunlaşmışdı.
Şuşa şəhərinin XIX əsrdə tərtib edilmiş planınlarında, o cümlədən 1837-ci ilə aid baş planda N. Dubrovinin göstərdiyi yerdə böyük ölçülərə malik kvadrat formalı bina göstərilmişdir. Həmin bina planlarda "Polkovnik Cəfərqulu ağanın evi" kimi qeyd edilmişdir. Cəfərqulu ağa Məhəmmədhəsən ağanın oğlu və varisi olmuşdur.
Memarlıq xüsusiyyətləri Sarayın memarlıq xüsusiyyətləri və Ağa Məhəmməd xan Qacarın sarayda yaşadığı zaman istifadə etdiyi yataq otağının təsvirinə N. Dubrovinin əsərində rast gəlmək mümkündür. Sarayı təsvir edərkən, o, yazır:
E. Avalov XIX əsrin şəhər planına əsasən sarayın daxili həyətinin də kvadrat formalı olduğunu qeyd edir. 1843-cü ildə Şuşaya səfər etmiş Prussiya dövlət xadimi və yazıçı Avqust fon Haksthauzen həmin sarayın xarici görünüş baxımından ətrafdakı binalardan çox fərqlənmədiyini qeyd edir.
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Azərbaycan sarayları Kateqoriya:Qarabağ abidələri Kateqoriya:Qarabağ xanlığı Kateqoriya:Şuşa abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:1751-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Şuşa qalası Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı dini tikililər