Yusif Məmmədəli (Yusif Məmmədəli oğlu Sevdimalıyev; ) — Sumqayıt şəhər İcra hakimiyyətinin keçmiş başçısı, Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri.
Həyatı Yusif Sevdimalıyev 1951-ci il yanvarın 8-də Qaraqoyunlu mahalının Çaykənd kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Universitetdə müəllim, Azərbaycan Sənaye İnstitutunda assistent, baş müəllim, dosent işləyib. 1984-cü ildən 1992-ci ilədək kafedra müdiri olub. Fizika-riyaziyyat elmləri namizədidir. 60-a yaxın elmi məqaləsi nəşr olunub.
1958–1964-cü illərdə Çaykənd kəndində, 1964–1966-cı illərdə Azərbaycan Respblikasının Qazax şəhərində, 1966–1968-ci illərdə isə Bakı şəhəri fizika- riyaziyyat təmayüllü 1 saylı internat məktəbində oxuyub. Əliyevin dövrünə təsadüf edib. Belə ki, Heydər Əliyev Yusif Sevdimalıyevi 12 sentyabr 1993-cü il tarixli sərəncamı ilə vəzifədən azad edib. Əvəzində isə Şakir Zəkəriyyə oğlu Abuşov təyin edilib.
1977–1993-cü ilədək SDU-da (keçmiş Sumqayıt ATTM) işləyib. 1992-ci ilin iyunundan 1993-cü ilin noyabrına qədər Sumqayıt şəhər İH-də işləyib. 1994–2014-cü ilədək ARDNŞ-ın "Neftqazelmitədqiqatlayihə" institutunda işləyib. 2000-ci ildən BDU-da saathesabı qaydada dərs aparmış, 2012-ci ildən etibarən isə yarımştat dosent əvəzi olmuşdur. 2015-ci ildən tam ştatla BDU-da dosent vəzifəsinə seçilmişdir. 2016-cı ilin yanvarından Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiridir.
Ailəsi Ailəlidir, iki övladı var.
Təhsili və elmi nailiyyətləri 1968–1973 tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti 1973–1976 dissertant, Bakı Dövlət Universiteti 1982-ci il f.-r.e.n."Qeyri xətti ani elastiki deformasiyanın sürüncəklik deformasiyasında nazik divarlı konstruksiya elementlərinin yükdaşıma qabiliyyətinə təsiri" Azərbaycan Dövlət Universiteti, Bakı şəhəri 1989-cu il Mexanika kafedrası üzrə dosent
Əmək fəaliyyəti 2016-dan kafedra müdiri, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 2015–2016, dosent, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 2014-mühəndis, Praktikal salyuşn Qrup MMC 1994–2014, böyük elmi işçi, laboratoriya müdiri, aparıcı elmi işçi Neftqazelmitədqiqatlayihə institutu, ARDNŞ 1992–1993 Sumqayıt şəhər İH 1977–1993, assistent, baş müəllim, dosent, kafedra müdiri, Mexanika kafedrası, SDU (keçmiş Sumqayıt ATTM) 1973–1977, mühəndis, baş laborant, laboratoriya müdiri, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1973 — Təhsil Nazirliyinin təyinatı, Nəzəri mexanika kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 57 elmi məqalənin və 3 metodik işin müəllifi, ARDNŞ-in 16 indeksləndirilmiş elmi-tədqiqat müqavilələri üzrə hesabat işlərinin rəhbəri və məsul icraçısı . 3 elmlər namizədi yetişdirmişdir
İstinadlar
Kateqoriya:Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Kateqoriya:Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri