Koromandel yarımadası () - Yeni Zelandiyanın Şimal adasında yerləşən yarımada.
Təsviri Okean daxilinə 85 km məsafəsə uzanır, Hauraki və Fert-of-Tems körfəzləri arasında yerləşir. Yarımadanın eni 40 km keçmir. Ölkənin ən böyük şəhəri olan Oklənd 42 km qərbdə yerləşir.
Relyefi təpəlidir. Rütubətli tropik meşələrlə örtülüdür. Sahilləri sıldırımlıdır. Mərkəzindən Koromandel silsiləsi keçir. Malsimal hündürlük 900 metrdir. İri Oklənd və Tauranqa şəhərlərinə yaxın olmasına baxmayaraq yarımadada faktiki olaraq yaşayış yoxdur.
Yarımadanı elə də böyük olmayan adalar əhatələmişdir: Matukavaо, Alderman, Slipper və Merkyuri adaları.
Oklənd vulkanik sahəsində yerləşir. 25 km aralıda yerləşən Mer adasında vulkan fəaliyyət göstərir. Hot Voter çimərliyində isə termal mənbə vardır.
Əhalisi Yarımadada əhali əsasən cənub-şərq və cənub-qərb hissələrdə yaşayır. Burada cəmi 5 yaşayış məntəqəsində əhalinin sayı 1000 nəfəri keçir. Bu yaşayış məntəqələrinin böyük qismində insanlar Milad və Yeni il bayramlarında burad olurlar.
Sənaye və görməli yerləri Əvvəllər yarımadadan qızıl çıxarılır (şaxtaların çoxu 1980-ci illərdə qeydə alınmışdır, 2009-cu ildə cəmi 1 şaxta işlək vəziyyətdə idiConservation land could be mined — Govt , nzherald.co.nz, 27 noyabr 2009) və Kauri ağacı tədarük edilirdi. Hazırda isə eko-truzim bölgəsi olaraq tanınır. Belə bir əfsanə vardır ki, Koromandel dağlarında yaşayan Moho Qar adamı ilə qohumdur.
Maraqlı fakt Bu yarımadada Jül Vernin «Kapitan Qrantın uşaqları» romanının qəhrəmanları 37-ci cənub enliyini keçirlər. 4 yanvar 2011-ci ildə yarımada sahillərində kütləvi şəkildə balıqların ölümü qeydə alınmışdırHundreds of dead snapper washed up on New Zealand beach , smh.com.au, 5 yanvar 2011.
Qalereya
Mənbə Koromandel Koromandel yarımadasına səyahət Foto
İstinadlar
Kateqoriya:Yeni Zelandiya yarımadaları