Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Manqa seriyasında bir çox personajdan istifadə olunmuşdur.
Manqa əsasında iki seriyalıq OVA və Hollivud film adaptasiyası çəkilmişdir. OVA və filmdə bəzi personajlarda dəyişikliklər edilmişdir.
Əsas personajlar thumb|left|Alita.|150px
Qalli / Alita
; Canlandıran: Roza Salazar Alita ya da Yaponiyada tanınan adı ilə Qalli seriyanın əsas protaqonistidir. Daysuke İdo Xarabalıqda onun salamat qalmış beynini tapır, ona yeni bədən düzəldir və ona Alita (Qalli) adını verir. Alita Daysuke İdo tərəfindən tapılanda Panzer Kunst adlı qədim döyüş texnikasından başqa heç nəyi xatırlamadığını kəşf edir. Bu döyüş texnikası sayəsində Alita ovçu-döyüşçü və motorbol oyunçusu olur. Hekayənin gedişatında Zapan tərəfindən ölümcül yaralandıqdan sonra Tiferes casusu olmağa məcbur olur. Alita daha sonra İdo tərəfindən tapılmazdan öncə əslində Marsdan olduğunu, əsl adının Yoko olduğunu, döyüş texnikasını orada mənimsədiyini və terror təşkilatına qoşulduğunu öyrənir.
Alita (Qalli) əslində İdonun bir ay öncə ölən qara pişiyinin adı idi. Qalli kişi adı olsa da, İdo ona bu adı verir. Qara pişik daha sonra manqada bir neçə səhnədə də görünür.
Daysuke İdo
; Canlandıran: Kristof Valts Daysuke İdo Xarabalıqda yaşayan kibertibb mütəxəssisidir. Kiborqları müalicə edərək pul qazanır. Alitanı Xarabalıqda tapıb sağaldan məhz odur. Alitanın mənəvi atasıdır. İdo bir zamanlar Tiferes vətəndaşı olsa da, hekayə başlamışdan 5 il öncə oradan qovulub. Alnında Tiferesli olduğunu göstərən ayparayabənzər işarə var. Xarabalıqda öz klinikasını açıb.
Daysuke İdo daim Alitanı qorumağa və təhlükədən uzaq tutmağa çalışır.Kishiro, Battle Angel Alita, pages 34–37. Onun sadəcə yaxşı və gözəl həyat yaşamasını istəyir.<ref>Kishiro, Battle Angel Alita: Killing Angel, page 15.</ref>Kishiro, Battle Angel Alita: Angel of Victory, pages 16, 119. Alita motorbol oyunçusu və ovçu-döyüşçü olanda İdo əvvəlcə qarşı çıxır, lakin daha sonra bunu qəbul edir. Bir müddət Alitaya yaxın durmaq üçün Coşuqanın köməkçisi olur. İdo daha sonra Desti Nova ilə döyüş zamanı ölsə də, Desti Nova onu dirildir və öz köməkçisinə çevrir. O, Tiferes haqqında olan inanılmaz həqiqəti öyrənəndən sonra yaddaşını silməyə və Xarabalıqdan uzaq bir yerdə yaşamağa qərar verir. İdonun "Last Order" manqasında aktiv rolu yoxdur, ancaq Alitanın fikirlərində peyda olur.anonymous, Battle Angel Alita: Last Order, chapter 113.
Desti Nova
Desti Nova Nova nanotexnologiya sahəsində mütəxəssis olmuş çılğın alimdir. İdo kimi bir zamanlar o da Tiferes vətəndaşı olsa da, ona insanlar üzərində təcrübə aparmağa icazə verilmədiyindən öz istəyi ilə Tiferesi tərk edir. Makaku və Coşuqanın həyatını o xilas edib. Zapanın demək olar ki, məhv olmuş beynini yenidən bərpa edərək məhvedici zirehə yerləşdirir və Zapanın Xarabalıqda böyük dağıntılar yaratmasına səbəb olur. Desti Nova nanotexnologiya sayəsində yarıölümsüzlük əldə edib. Tiferes haqqındakı sirri də ilk dəfə o öyrənib. Desti Nova Zapan tərəfindən öldürülmüş İdonu yenidən dirildir. O, həmçinin Kaosun atasıdır. Kaosun bədənindəki qəzəbi ayıraraq Deni də yaradan odur. Manqanın axırlarında Alitanı öldürür, lakin yenidən dirildərək Tiferesə gətirir. Alita Tiferesi məhv etmək üçün özünü fəda edəndə Desti Nova onun genetik kodundan istifadə edərək onu yenə həyata qaytarır. Desti Nova orijinal manqada cinayətkar kimi görünsə də, "Last Order"-də Alitanın əsas müttəfiqidir və neytal personajdır. Onun iki köməkçisi var.
Kaos
Kaos Desti Novanın oğlu və məşhur gecə radio verilişinin aparıcısıdır. Çox həssas şəxsiyyətə malikdir. Psixometriya bacarığına malikdir. Bu bacarıq sayəsində toxunduğu əşyaların keçmişinə baxa və onların sahiblərinin bacarığına yiyələnə bilər. Onun qaranlıq tərəfi isə Dendir. Atası Desti Nova öz elmi bacarığı ilə onun qaranlıq tərəfini robotik bədənə köçürmüş və Deni yaratmışdır. Denlə Kaos ayrı bədənlərdə olsalar da, Desti Novanın yaratdığı və Kaosun sinəsinə taxdığı ötürücü ilə əlaqələnirlər. Kaosun Alitaya qarşı sevgi hisləri var. Tiferesin məhvindən sonra Kaos Tiferes qülləsini inşa etdirir. Onun öz qazıcı komandası var.
Antaqonistlər
Coşuqan
Coşuqan ən məşhur və ən güclü motorbol oyunçusudur. Məğlubedilməz hesab olunur. Şumiranın bacısıdır. Gənc ikən motorbol qəzası zamanı beyni ölümcül zədə alsa da, Desti Nova onun həyatını xilas edib, lakin daha sonra beynində olan zədə getdikcə dərinləşir və ölümünü yaxınlaşdırır. İdo Alitaya yaxınlaşmaq üçün Coşuqanın köməkçisi olur və ölümünü gecikdirməyə çalışır. Coşuqanın Alitaya qarşı xüsusi hörməti var.Kishiro, Battle Angel Alita: Angel of Victory, page 183Anderson, Lisa (1 November 2005) Onunla etdiyi qol güləşindən sonra Alitanın oyun təklifini qəbul edir. Öləcəyini bilsə də,Kishiro, Battle Angel Alita: Angel of Victory, page 124 yarışa qatılırKishiro, Battle Angel Alita: Fallen Angel, page 221 və son nəfəsində Alitanı məğlub edərək ölür. Coşuqan bacısı Şumiranı çox sevir. Ölməzdən öncə onu İdoya tapşırır.
Makaku
Makaku güclü bir kiborqdur. İnsan kimi doğulsa da, anası tərəfindən kanalizasiyaya atılıb. Bütün həyatını orda keçirən Makaku əsas hekayə başlamamışdan öncə az qala öləcəkkən Desti Nova tərəfindən xilas edilir. Desti Nova ona xüsusi bədən verməyi təklif edir. Makaku öz yeni bədəni ilə ilanvari görünüşə malikdir. İstədiyi bədəni ələ keçirə bilər. O, Alitanın qarşılaşdığı ilk rəqibdir. Alitanı məğlub etmək üçün məşhur kolizey çempionu Kinibunanın bədənini ələ keçirir və Alitanı kanalizasiyaya çəkir. Buna baxmayaraq, Alita ona qalib gələrək Makakunu öldürür.
Zapan
Canlandıran: Ed Skreyn Zapan güclü kiborq ovçu-döyüşçüdür. Kanzas barında Alita onun cəsarətini sorğulayanda ona hücum çəkir, amma məğlub olur. Buna baxmayaraq, qisas almaq istəyən Zapan Alitanın sevdiyi oğlan olan Hüqonun əslində cinayətkar olduğunu üzə çıxardır. Alita Hüqonu xilas edərkən Zapan İdonu qaçırır və Alitanı seçim qarşısında qoyur, lakin Alita çətin vəziyyətdən çıxa bilir və Zapanın üzünü məhv edərək onu məğlub edir. Aldığı məğlubiyyətdən şoka düşən Zapan Sara adlı qızla tanış olur və özünə yeni üz taxır, lakin Alitanın motorbol oyunçusu olduğunu öyrənəndə özündən çıxır və istəmədən Saranın başını kəsir. Saranın başını qaba qoyub Alitanı öldürməyə yollanır, amma Saranın atası və Alita onu asanlıqla məhv edirlər. Desti Nova onun beyninin qalıqlarını tapıb yenidən dirildir və ona güclü, hətta qanadları olan bədən verir. Zapan kontroldan çıxır və Alitanı məhv etmək üçün şəhəri alt-üst edir. Şəhər sakinləri Alitaya qurban olması üçün yalvarsa da, Alita onunla döyüşə girişir. Desti Novanın ona verdiyi maddə sayəsində Zapanı həmişəlik öldürür, lakin Alita Zapana qarşı istifadə etdiyi tapança cinayət sayıldığından tutulur.
Köməkçi personajlar
Xarabalıq sakinləri Qonzu
Qonzu keçmiş kibertibb mütəxəssisidir. Xarabalıqda bir yemək klubunu idarə edir. İdonun ən yaxın dostu və köməkçisidir. İdonu Makakunun hücumundan sonra xilas edir, İdonun göstərişi ilə Alitanın bədənini məhvedici bədəninə köçürür. Qonzu həm də Hüqonun başını yeni bədənə köçürməkdə kömək edir. Tez-tez Kanzas barına gələn Qonzu Zapan tərəfindən öldürülür. Bir yan hekayəyə görə İdo Alitanı tapmazdan 6 il öncə Qonzunun həyatını xilas etmişdir.
Hüqo
; Canlandıran: Kian Conson Hüqo və ya Yaponiyada tanınan adı ilə Yuqo böyük qardaşı və arvadı tərəfindən böyüdülmüş yetim uşaqdır. Balaca uşaq ikən böyük qardaşının Tiferesə çatmaq xəyalı var idi və qanunlara zidd olsa da, hava gəmisi hazırlamışdı. Hava gəmisi ilə yola düşmək istəyəndə arvadı Nana onu ovçu-döyüşçülərinə satmış və öldürülmüşdü. Hüqo bundan sonra Nanadan qaçaraq tək yaşamağa başlamışdı. Əsas hekayədən 1 il öncə Hüqo Vektor ilə qarşılaşır. Hüqonun Tiferes arzusunu öyrənən Vektor 10 milyon çip yığacağı təqdirdə onu Tiferesə apara biləcəyini bildirir. Hüqo bu pulu qazanmaq üçün Van və Tanci ilə əlbir olub qanunsuz şəkildə onurğa sütunu oğurluğuna başlayır. Hüqo Alitanın sevgi hisləri bəslədiyi ilk şəxsdir. Alita onunla ilk dəfə Meqilin dalınca qaçarkən bir fabrikdə qarşılaşır. Tezliklə Alita onun arzusunu öyrənir, ona vurulur və ondan xəbərsiz onun üçün 10 milyon çipi yığmaqda kömək etməyə qərar verir. Hüqo daha sonra Zapan tərəfindən ifşa olunur və axtarılanlar siyahısına salınır. Alita onu digər ovçu-döyüşçülərdən qorumaq üçün onun yanına gəlir, amma Kliv Li tərəfindən ağır yaralanır. Alita onu xilas etmək üçün başını öz həyat dəstək sisteminə bağlayır. İdo və Qonzu Hüqonu yeni bədənə transfer edirlər. İdo Vektorun ona yalan dediyini eşidəndə dəliyə dönür və Tiferesi Xarabalıqla əlaqələndirən borularla Tiferesə çatmağa çalışır. Alita da borulara çıxaraq onu dayandırmağa çalışır. Alita onu geri qayıtmağa razı saldığı anda borularla endirilən dişli çarxlardan biri Hüqonu öldürür. Onun ölümündən şoka düşən Alita özünü motorbol oyununa həsr etmək qərarına gəlir.
Vektor
; Canlandıran: Maherşala Ali Vektor Xarabalıq biznesmenidir. Güclü kiborqları öz himayəsinə alaraq qanunsuz orqan və hissə alış-verişi ilə məşğul olur. Həmçinin Tiferesə də xidmət edir. "Last Order"-ə görə o kasıb bir kənddən gəlib. Vektor Hüqoya 10 milyon çip qarşılığında Tiferesə aparmağı vəd edir, lakin Hüqo 10 milyon çip yığanda onun yalan danışdığı məlum olur. Hüqonun hücumundan sağ qurtulandan sonra bir müddət Barjack ilə mübarizə aparır. Tiferes düşəndən sonra sülhpərvər mövqe alır, Kaosa Tiferes qülləsini tikməkdə kömək edir. Anime adaptasiyasında Vektor kolizey döyüşlərinin aparıcısı kimi göstərilir. Həmçinin animedə manqadan fərqli olaraq öldürülür (İdo tərəfindən).
Şumira
Şumira Coşuqanın gülərüz, istiqanlı, mehriban gənc bacısıdır. Bir az sadəlövhdür. İdo Hüqonun ölümündən sonra Alitanı axtararkən Şumiranın iki nəfər tərəfindən hücuma məruz qaldığını görür və onu xilas edir. İdo ona Alitanın holoqramik təsvirini göstərən kimi onun motorbol oyunçusu olduğunu tanıyır və İdo Şumira sayəsində Alitanı tapır. Şumira İdonu bir müddət öz evində saxlayır. Şumira Alitanın kiçik ev heyvanı olan Kimcidən xoşu gəlir. Hətta Coşuqanla qol güləşində məğlub olsa Alitadan Kimcini ona verməsini istəyir. Coşuqan və Şumira bir-birilərinin xətrini çox istəyirlər. İdo Şumiranın beyin dalğalarından istifadə edərək Coşuqanın ölümünü gecikdirir. Coşuqan son döyüşünə çıxanda Şumira ona boyunbağı düzəldir. Coşuqan hətta İdodan Şumira ilə evlənməsini istəyir. Coşuqanın ölümündən sonra Kanzas barında işləməyə başlayır. Zapan bara hücum edəndə bar məhv olur, amma xilas ola bilər. Daha sonra Xarabalıqda tanış olduğu biri ilə evlənir və 8 uşağı olur.
Koyomi
Canlandıran: Lana Kondor Koyomi Kanzas barının barmeni tərəfindən övladlığa götürülmüş yetim qızdır. Hekayənin əvvəllində balaca çağa kimi peyda olur və Alita tərəfindən Makakudan xilas edilir. Daha sonra Murdokun iti Furiyə bağlanır. 13 yaşında qumarbaz olur və Xarabalıqdan qaçır. Bu dəfə Tiferes casusu olmuş Alita ilə qarşılaşır. Alitanı tanımasa da, Alita onu tanıyır. Daha sonra Denlə tanış olan Koyomi Barjack-a qoşulur. Döyüşlərin birində fotoqraf B. B. Bvik ona ölməzdən öncə fotoaparatını verir və Koyomi fotoqraf olur. Denin ölümündən bir il sonra Barkajk-la bağlı çəkilən fotolardan ibarət "Barjack müharibə xronikası" adlı kitab buraxır və Xarabalıqda ən çox satılanlardan birinə çevrilir. Manqanın sonunda "Tiferes möcüzəsi" adlı başqa kitab da buraxmağı da planlaşdırdığı göstərilir.
Sara