Dmitri Sergeyeviç Kramarenko (12 sentyabr 1974, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet və azərbaycanlı futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Hazırda Neftçi PFK qapıçılar üzrə məşqçisidir.
Sovet futbolçusu Sergey Kramarenkonun oğludur.
Bioqrafiyası Bakının Neftçi klubunun yetirməsidir. İlk əvvəllər müdafiəçi mövqeyində məşqlərə qatılsada sonradan qapıçı olmuşdurСаприн Н., Мартынов А. "Динамо" — "Спартак" // Спорт-экспресс. — 1993. — № 201 (4 сентября). — с. 2..
Profesional şəkildə Bakının Dinamo GOHM FK 1991-ci ildə debüt etmişdir. Növbəti il Azərbaycan Yüksək Liqasında Neftçi klubunun şərəfini qorumuşdur.
1993-cü ildə Moskvanın Dinamo klubundan təklif alır. Qapıçı bunu müsbət qarşılasa da Neftçi futbolçunu həvəssiz buraxmalı olur. Dmitri Kramarenko Rusiya Yüksək liqasında Moskvanın "Spartak" klubuna qarşı oyunda debüt edir. Oyun 1:1 hesabı ilə bitir. Bu onun klubun heyətində 1993-cü ildə birinci və axırıncı oyunu olur. Oyunda Ledyaxovla toqquşmada sağ ayağından yaralanır və 70-ci dəqiqədə Valeri Kleymenovkla əvəzlənir.
1996—1997-ci illərdə "Alaniya" klubunda oynayır və 1996-cı ildə Rusiya Yüksək liqasının gümüş mükafatçısı olur.
2002-ci ildə Atletiko Madrid FK baxışda olur.
2004-cü ildə Azərbaycana qayıdır və Karvan İK çalışır. 2004/05 mövsümündə bürünc, 2005/06 mövsümündə gümüş medalçı olur. 2006-cı ildə Terek klubunda çalışır. 2007-ci ildə isə yenidən Azərbaycana qayıdır.
Birlik kubokunu Xəzər Lənkəranla qazanır.
Azərbaycan milli futbol komandasında 33 oyun keçirmişdir. 1994-cü ildə Rusiya Olimpiya yığmasının yoldaşlıq oyunılarında qapısını qorumuşdur.
13 aprel 2015-ci ildən Neftçi PFK qapıçılar üzrə məşqçisidir.
Şəxsi həyatı Atası milliyyətcə rus, anası isə azərbaycanlıdır. Dmitri Kramarenko 2005-ci ildə İslam dinini qəbul edib, müsəlman adı Əlidir. Ailəlidir, həyat yoldaşı İrina bir müddət biatlonla məşğul olub. İki əkiz qızı var. Qızı Lalə Kramarenko gimnastika üzrə Rusiya yığmasının tərkibində iştirak edir. Digər qızı Diana tennislə məşğuldur.
İstinadlar
Mənbə Millinin heyətində keçirdiyi oyunlar haqqında məlumat
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Axmat FK futbolçuları Kateqoriya:Baltika Kalininqrad FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları