Yaşıl Ox () — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır. Mort Veyzinger və Corc Papp tərəfindən yaraılmış personaj ilk dəfə 1941-ci ilin noyabrında “More Fun Comics #73” nəşrində təqdim edilmişdir. Əsl adı Oliver Cona Kuin olan personaj zəngin iş adamı və “Queen Industries” adlı şirkətin rəhbəri, Star-sitinin tanınmış şəxslərindəndir. Bəzən Robin Hud kimi geyinən və mahir oxçu olan Yaşıl Ox, bacarıqlarını doğma şəhərləri Star-siti və Sietlda cinayətkarlığa qarşı mübarizə aparmaq üçün istifadə edir, bu məqsədlə tez-tez Ədalət Liqası üzvü olan digər qəhrəmanlarla iş birliyində olur. Müasir hekayələrdə daha az istifadə olunmasına baxmayaraq, Yaşıl Ox adi oxlarla yanaşı yapışqanlı, partlayıcılı, qarmaqlı, gözyaşardıcı qazlı və hətta xüsusi hallar üçün kriptonit başlıqlı oxlardan da istifadə edir. Debüt etdiyi erkən dövrlərdə Betmenin ox mövzulu analoqu olan Yaşıl Ox, sonradan yazıçılar tərəfindən Betmen xarakterindən tamamilə fərqlənən sol qanad personajı kimi inkişaf etdirilmişdir.

İlk illərində məşhurluq qazanmış Yaşıl Ox dəfələrlə “More Fun” seriyasının üz qabığında yer almış, həmçinin digər seriyalarda da görünmüşdür. Buna baxmayaraq, nəşrinin ilk iyirmi beş ilində personaj heç vaxt böyük satış uğuru və məşhurluq qazanmamışdır. 1960-cı illərin sonlarında rəssam Nil Adamsın personajı yeni dramatik üslubda təsvir etməsindən ilhamlanan yazıçı Dennis O’Nil onun üçün yeni istiqamət müəyyənləşdirərək, gücsüzlər və kasıbları incidənlərə qarşı səlibçi kimi təqdim etməyə başlamışdır. 1970-ci illərdə novator və sosial yönümlü komiks seriyasında Yaşıl Ox daha çox qanuna meyilli personaj olan Yaşıl Fənərlə birlikdə fəaliyyət göstərir. Bundan sonra personaj komiks oxuyucuları arasında məşhurluq qazanır və yazıçılar onu daha çox şəhər mühitində təsvir etməyə çalışırlar.Green Lantern Vol. 2 #76 (April 1970) through 89 (April/May 1972) 1990-cı illərdə Oliver Kuin ölür və onu oğlu Konnor Houk əvəz edir. Buna baxmayaraq Konnor oxucular arasında o qədər də məşhurluq qazanmır, buna görə də Oliver Kuin yazıçı Kevin Smitin 2001-ci ildə yazdığı “Quiver” hekayə xəttində dirildilir. 2000-ci illərdə personaj əsasən Yaşıl Ox və Qara bülbülün birgə fəaliyyəti üzərində qurulan “The Green Arrow/Black Canary Wedding” kimi böyük hekayə xəttlərində iştirak etmiş, 2011-ci ildə DC personajlarının yenilənməsinə kimi isə həm də “Justice League: Cry for Justice” kimi mühüm hekayə xəttində rol oynamışdır.

Yaşıl Ox komiks fanatları xaricində o qədər də məşhur olmamışdır: o, 1973-cü ildə “Super dostlar” animasiya serialının seriyalarından birində görünmüşdü. 2000-ci illərdə personaj DC-nin “Limitsiz Ədalət Liqası”, “Gənc Ədalət”, “Betmen” və “Betmen: Kobud və məğrur” kimi televiziya məhsullarında, həmçinin, müxtəlif DC Kainatı Orijinal Animasiya Filmlərində rol almışdır. Canlı aktyor oyunu ilə personaj ilk dəfə Castin Hartli tərəfindən “Smolvil” teleserialında canlandırılmışdır. 2012-ci ildə The CW telekanalı personaja həsr edilmiş “Ox” adlı teleserialını təqdim etmişdir. Həmin serialda personaj Stiven Amell tərəfindən canlandırılmışdır. Serial müsbət rəylər almış və bir neçə spin-off seriyalı çıxarılmışdır ki, nəticədə “The CW telekanalının DC televiziya kainatı”nın yaranmasına səbəb olmuşdur.

Nəşr tarixi Başlanğıc, 1941-1968 220px|thumb|left| More Fun Comics #73 (noyabr 1941) nəşrində Yaşıl Ox və Spidinin orijinal geyimdə debüt etdiyi panel. Rəssam Corc Papp.. Yaşıl Ox və Spidi ilk dəfə Corc Pappın rəsmləri ilə “More Fun Comics #73” nəşrində (üz qabığında tarixinoyabr 1941) təqdim edilmişdir. Mort Veyzinger personajı yaradarkən Robin Qudla yanaşı Edqar Uollesin romanı əsasında çəkilən “Yaşıl oxçu” adlı film serialından da ilhamlanmışdır. O, ideyanı Betmen təsiri ilə superqəhrəman istiqamətində inkişaf etdirmişdir. Oxşarlıqlar arasında personajın Spidi adlı köməkçiyə malik olması, Arroucar və Arroupleyn kimi nəqliyyat vasitələri və Ox-mağarasından istifadə etməsi, zəngin pleyboy alter-eqosu, köməyə ehtiyac olduğu zaman onun çağırılması üçün Betsiqnal kimi Arrousiqnaldan istifadə edilməsi və Betmenin arxidüşməni Coker kimi, Yaşıl Oxun da ağlını itirmiş “Bull's Eye” adlı arxidüşmənə malik olmasını göstərmək olar. Yaşıl Ox və Spidinin mənşə hekayəsi ilk dəfə “More Fun Comics #89” nəşrində təqdim edilmişdir.

Yaşıl Ox 1940-cı illərin ortalarına kimi “More Fun Comics” nəşrlərində, 1946-1960-cı illər arasında isə “Adventure Comics” nəşrlərində ikinci plan personajı kimi istifadə edilmişdir. Bundan başqa, Yaşıl Ox və Spidi “World's Finest Comics #140” nəşrinə (1964) kimi həm də həmin seriyadan olan müxtəlif komikslərdə görünmüşdür. Yaşıl Ox və Spidi “Leading Comics” dəstə kitablarının təbliği üçün istifadə edilən beş əsas qəhrəmandan biri olmuşdur.

Yaşıl Ox Komikslərin qızıl dövründən sonra nəşrinə davam edilən azsaylı DC Comics personajlarından biri olmuşdur. Personajın uzunömürlüyü onun müəllifi olan Mort Veyzingerin təsiri ilə bağlı olmuşdur; yazıçı personajı Superboy başlıqlı “More Fun Comics”, daha sonra isə “Adventure Comics” seriyalarında ikinci dərəcəli personaj kimi saxlamışdır, həmin dövrlərdə Supermenlə əlaqəli komikslərin uğuru şübhə doğurmadığından, Yaşıl Ox 1940-1950-ci illəri uğurla yaşayaraq eyni dövrdə yaradılmış bir çox personajlardan fərqli olaraq unudulmamışdır. Nəticədə, personaj yenidən formalaşmaya məruz qalmamış, Fleş və Yaşıl Fənər kimi Gümüş dövründən yenidən təsvir edilməsinə ehtiyac qalmamışdır.

“Adventure Comics” seriyasında görünməklə yanaşı, #258 nömrədə gənc Yaşıl Ox və Superboyun görüşü də təsvir edilmişdir. Yaşıl Ox və Spidi həm də 1958-ci ildə çıxarılmış, Dik və Deyv Vud tərəfindən yazılmış, Cek Körbi tərəfindən rəsmləri çəkilmiş seriyada rol almışdır. Həmin müddət ərzində personajın əsas macəraları 1947-1963-cü illərdə personajın əsas ssenari müəllifi olmuş Frens Herron tərəfindən yazılmışdır.France Herron entry , Who's Who of American Comic Books, 1928–1999.

Nil Adams və Dennis O’Nil, 1969-1983 200px|thumb|left|Yaşıl Ox və Yaşıl Fənər "Green Arrow Vol 5 #44" (noyabr, 2015) nəşrinin üz qabığında. Rəssam Patrik Zirçer və Qeyb Eltaeb 1969-cu ildə personajın vizual görünüşünü yeniləyən Nil Adams onu Van Deyk saqqalı və ilk dəfə “The Brave and the Bold #85” (avqust–sentyabr, 1969) nəşrində təqdim edilmiş şəxsi dizaynı olan kostyumla təsvir etmişdir. Yazıçı Dennis O’Nil personajın yeni görünüşündən ilhamlanaraq onu “Justice League of America #75” (üz qabığında tarixi noyabr 1969) nəşrində tamamilə yenilənmiş xarakterlə təqdim etmiş, varidatını itirən Oliver Kuin bütünlüklə sol qanada meyil etmişdir. Hekayədə həm də personajın əvvəl birlikdə döyüşdüyü Qara bülbül onun sevgi marağı kimi təsvir edilmişdir.

1970-ci illərdə personaj O’Nil və Adams tərəfindən yaradılmış və böyük uğur qazanmış seriyada Yaşl Fənərlə (Hel Cordan) birlikdə sosial və siyasi problemlərə qarşı mübarizə aparmşdır. İki həmkar həm də bir-birinə zidd mövqelərdə təsvir edilmişdir: Yaşıl Ox radikal dəyişiklik tərəfdarı olsa da, Yaşıl Fənər daha liberal mövqe tutmaqla mövcud dövlət institutları ilə əlbir və qanunlar çərçivəsində işləməyə meyil edirdi. Kuin Cordanı inandırmağa çalışır ki, əzilən və haqqları yeyilənlərə kömək etmək üçün, o, tabe olduğu Yaşıl Fənərlər Korpusunun qaydalarından kənara çıxmalıdır. O’Nil izah edərək deyir ki, “Nümunəvi vətəndaş olan Yaşıl Fənərlə kontrast təşkil etməsi üçün Yaşıl Ox tez coşan anarxist kimi təqdim edilmişdir.” Duet “Amerikanı kəşf etmək üçün” yola çıxaraq ölkədəki rüşvətxorluq, rasizm, çirklənmə, həmçinin əhali çoxluğu problemləri üzləşir. Hətta #78-79 saylı nəşrlərdə yer almış bir hekayə oxucular tərəfindən Menson ailəsinin kult qətllərinə alleqoriya kimi qəbul edilmiş, lakin, sonradan O’Nil bildirmişdir ki, hekayə avtoritar solçular haqqındadır.

“Green Lantern (vol. 2) #85–86” nəşrində məlum olur ki, Yaşıl Oxun himayəsində olan Spidi heroin asılılığından əziyyət çəkir. Spidi Qara bülbülün köməkliyi ilə asılılığı ilə mübarizə aparır. Bu hekayə cəmiyyətdə böyük reaksiya doğurmuş və nəşriyyat bu hekayəyə görə Nyu-York meri Con Lindsidən təbrik məktubu almışdır. Lakin, buna baxmayaraq həmin dövrdə Yaşıl Fənər komikslərinin satış göstəriciləri aşağı düşməyə davam etmiş, O’Nil və Adams tərəfindən Yaşıl Oxun rolunun artırılması isə düşüşlərin aradan qaldırılmasına kömək etməmişdir. #89 saylı nömrə (aprel/may 1972) ilə “Green Lantern” seriyası tamamlanmış Yaşıl Fənər/Yaşıl Ox hekayə xətti isə “The Flash” seriyasının #217-219 saylı nömrələrində arxa plan hadisəsi kimi nəşr edilmişdir. Daha əvvəl yayımlanmış Yaşıl Ox hekayələri ilə sərt kontrast təşkil edən yeni hekayələrdə sosial məsələlərə yox adam öldürdüyünə görə mənəvi əziyyət çəkən Yaşıl Oxun hisslərinin təsvirinə üstünlük verilmişdir. #421 saylı nəşrdən etibarən Yaşıl Ox ikinci plan personajı kimi “Action Comics” seriyasından olan komikslərdə görünməyə başlayır. “Green Lantern (vol. 2) #87” nəşrində Yaşıl Ox hekayəsi ilə debüt edən Elliot S. Meqqin sonrakı bir neçə ildə personajla bağlı hekayələrin əsas yazarı olmuşdur.

1976-cı ildə O’Nilin yazıları və Mayk Qrellin rəsmləri ilə Yaşıl Fənər/YaşılOx seriyası yenidən buraxılmağa başlasa da, əvvəlki nəşrlərdə qabardılan sosial məzmundan imtina edilmişdir. Başlığın Yaşıl Fənər seriyası kimi nəşr edilməsinə başlanmasından sonra “World's Finest Comics” seriyası çərçivəsində müstəqil Yaşıl Ox başlığının nəşrinə start verilmişdir. Solo seriyasında Oliver qəzet köşə yazarı kimi işə düzəlmişdir ki, bu da ona siyasi fikirlərini daha açıq şəkildə ictimayətə çatdırmağa kömək etmişdir. “World's Finest #255” (1979) nəşrində Oliver Kuin Star-siti meri olmaq üçün çalışsa da cəhdi uğursuzluqla nəticələnir.

1983-cü ilin mayında Yaşıl Oxa həsr olinmiş ilk şəxsi limitli komiks seriyası çıxarılır.Manning, Matthew K. "1980s" in Dolan, p. 201: "The Battling Bowman fought his way into his own four-issue miniseries at long last, thanks to writer Mike W. Barr and artist Trevor Von Eeden." Bu mini-seriyada Yaşıl Ox və supercani Qraf Vertiqo arasındakı düşmənçilikdən bəhs edilir.

1985-ci ildə “Sonsuz dünyalarda böhran” zamanı hələ də qırmızı çəkmə və əlcək geyinən Dünya-2 Yaşıl Oxu vəfat edir. Qızıl dövr Dünya-2 personajı Ədalət Liqası və Ədalət Cəmiyyəti tərəfindən çağırılmış Yeddi Qələbə Əsgəri dəstəsinin zaman axarında itmiş və qayıtmış üzvü kimi dirildilir. Böhrandan sonra DC-nin keçmiş multikainatına son verilməsi ilə əlaqədar olaraq Dünya-2 Yaşıl Oxu və Spidisi tamamilə xəttlərdən uzaqlaşdırılır.

Uzunoxlu ovçular/Mayk Qrellin davamlığı 200px|thumb|right|Yaşıl Ox "Green Arrow: The Longbow Hunters #1" nəşrinin üz qabığında: personajın bu görünüşü onun gələcək görünüşlərinin formalaşmasına təsir etmişdir. Rəssam Mayk Qrell. 1987-ci ildə DC Comics personajı böyümüş oxucular üçün nəzərdə tutulmuş yeni davamlılığa daxil edir. Personajın yeni versiyası Mayk Qrell tərəfindən yazılmış və rəsmləri çəkilmiş “Green Arrow: The Longbow Hunters” () seriyasında təqdim edilmişdir.Manning "1980s" in Dolan, p. 229: "Writer/artist Mike Grell introduced a Green Arrow for the modern comic book reader in the three-issue prestige format Green Arrow: The Longbow Hunters." Üç cildli prestij formatlı limitli seriyada narkotik tacirlərinə qarşı mübarizə faciə ilə nəticələnir, cinayətkarlar Qara bülbülü tutaraq incidirlər. Cavab olaraq Oliver ona hücum edənləri öldürür. Bu seriyada həm də cazibədar yapon oxçusu Şado təqdim edilir. Şado daha sonra Oliverə cinsi təcavüz edərək ondan hamilə qalır və Oliverin ölmüş oğlunun şərəfinə adlandırılmış Robert adlı uşağı dünyaya gətirir."Blood of the Dragon, Part 1: Uchiokoshi" in Green Arrow volume 2 issue 21 published August 1989