Day After Day () — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı.
Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Həmçinin bax Azərbaycan 2008 Avroviziya Mahnı Müsabiqəsində
İstinadlar
Xarici keçidlər 20px|link=YouTube Bir mahnının tarixçəsi - "Day after day "
Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:2008 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Azərbaycanın Avroviziya mahnıları Kateqoriya:Gövhər Həsənzadənin əsərləri Kateqoriya:2008 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2008-ci ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:2008-ci ilin mahnıları