() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Orta Asiyada, Azərbaycanda yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir.
Ekologiyası Qumlu təpəciklərdə rast gəlinir. Quraqlığa davamlıdır, torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması Abşeronda dənizkənarı ərazilərdə təbii halda bitir.
İstifadəsi Tərkibində efir yağı vardır ki, ondan ətriyyatda və dərman vasitəsi kimi istifadə olunur və əsasən aşağıdakı maddələrdən ibarətdir: 12%-pinen, 23%-kamfen, 16%-kamfora, 10%-borneol, 25%-bornilasetat.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya florası