Əli Əkbər Saremi () — əslən İran azərbaycanlılarından olan memar.
Həyatı 1943-cü ilin oktyabr ayının 28-də Zəncan şəhərində anadan olmuşdur. 2017-ci ilin yanvar ayının 21-də Tehran şəhərində vəfat etmişdir.
Təhsili Orta təhsilini Zəncan şəhərində tamamlamışdır. Memarlıq üzrə bakalavr və magistr pillələri üzrə təhsilini Tehran Universitetinin İncəsənət fakültəsində 1968-ci ildə tamamlamışdır. Doktarantura təhsilini isə məşhur memar Luis Kahnın elmi rəhbərliyi altında Pensilvaniya Univeristetində 1976-cı ildə tamamlamışdır.
Üslubu Saremi müasir şəhər memarlığı sahəsində dünya ən məşhur şəxslərdəndir. Tağı Radmard ilə müsahibəsində istehza ilə demişdi:
Karyerası 1968-cı ildən etibarən Tacir Mühəndislər Konsultasiyasi qurumunun rəhbəri olmuşdur. Fərabi Universitetində (İsfahan İncəsənət Universiteti) 1976-cı ildən 1980-ci ilə qədər dərs demişdir. Həmçinin İslami Azad Universitetində də 1994-cü ildən 1997-ci ilə qədər dərs demişdir.
Layihələri Sareminin əsas memarlıq layihələri bunlardır: Pasteur İnistitut Amfiteatrı (1988) İranın Albaniyadakı səfirliyi (2000) Təbrizdəki bəzi kommersiya binaları və Təbriz Kristal Qüllələri (2001) Məşhəd şəhərində mədəniyyət abidələri və kommersiya binaları (2004) Kişdə ofislər və sərgi kompleksi (2006)
İstinadlar
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran azərbaycanlısı memarlar