Napoleon evi həmçinin Mayor Cirod Evi və ya Nikolas Cirod Evi kimi bilinən, ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərinin fransız məhəlləsi sayılan Şartres 500 küçəsində yerləşən tarixi binadır. Bina 1794-cü ildə tikilmiş və 1814-cü ildə genişləndirilmişdir ki, buranın adı Napoleon Bonapartın sürgündən sonra yaşayış ünvanı olaraq hazırlandığı yerli əfsanədən yaranmışdır. Napoleonun Luiziana ştatına gətirilməsi planı 1821-ci ildə onun ölüm xəbərindən sonra dəyanmışdır.
thumb|left|260px|1934-cü ildə məşhur binada "Napoleon Kafe və baqqalı" yerləşirdi.
Bina həmçinin Nyu-Orlean şəhərinin mayoru olmuş Nikolas Cirodun evi olmuşdur. 19-cu əsrin əvvəllərində bu bina şəhərin ən incə şəxsi tikililərindən biri olmuş, bina 20-ci əsrin əvvəlində yerli bir baqqal olaraq fəaliyyət göstərmiş və 1914-cü ildən sonra Napoleon Evi adlı restoran kimi fəaliyyət göstərir. Binanın yuxarı mərtəbələri mənzillərə çevrilib ki, bəzi hissələrdə binanın orijinal dekorasiyları hələ də gözə çarpmaqdadır.
Bina şəhərin fransız üslubunda ən yaxşı arxitektura nümunələrindən biri kimi 1970-ci ildə Milli Tarixi Memarlıq abidəsi kimi elan edilmişdir. Bu üç mərtəbəli kərpicdən tikilmiş bina, qabarıq damlı və qübbəlidir. İkinci mərtəbə dəmirdən hazırlanmış eyvanlardan ibarətdir. and
Napoleon Evi restoranında köhnə zamanların Nyu-Orlean atmosferi hökm sürür və burada ənənəvi xörəklər təklif edilir. Burada xidmət göstərən bar isə özünün "Pimm's Cup" adlı kokteyli ilə tanınır. Səs sistemi vasitəsilə isə klassik musiqi səsləndirilir.
İstinadlar
Kateqoriya:Luiziana