thumb|Sulfoksid Sulfoksidlər – ümumi formulu R1R2SO olan üzvi birləşmələrdir.
Nomenklatura Alitsiklik sulfoksidlərin adı, kükürd atomuna birləşən iki üzvi radikalın adının axırına "sulfoksid" sözünü əlavə etməklə düzəldilir, məsələn (CH3)2SO – dimetilsulfoksid, (C2H5)2SO – dietilsulfoksid. Tsiklik sulfoksidlərin adı müvafiq heterotsiklin adının axırına "oksid" sözünü əlavə etməklə düzəldilir, məsələn tiatsikloheksan-1-oksid.
Sulfoksid molekulalarının kimyəvi quruluşu Sulfoksidlərin molekulasının quruluşu piramidanı xatırladır. Dimetilsulfoksid molekulası aşağıdakı xassələrə malikdir: Sulfoksidlərin İK-spektrlərində 1050–1060 SM−1 sahəsində olan udulma zolağı sulfoksidləri xarakterizə edir və S=O rabitəsinə uyğun gəlir. Rabitənin uzun. S=O 0,147 нм Rabitənin uzun. S-C 0,182 нм Rabitənin uzun. C-H 0,108 нм
Fiziki xassələri Sulfoksidlər rəngsiz, az uçucu maye və ya kristallik maddələrdir. Əksər üzvi həlledicilərdə həll olur. Kiçik radikallı sulfoksidlər suda həll olur. Bəzi sulfoksidlərin fiziki xassələri aşağıdakı cədvəldə verilmişdir: Birləşmələr Molekula kütləsi q/mol Ərimə temperaturu °С Qaynama temperaturu , təzyiqlə mm.Hg.st. Dimetilsulfoksid 78,13 18,4 85-87/20 Dietilsulfoksid 106,19 14 104,25 Dibutilsulfoksid 162,3 32,6 — Difenilsulfoksid 202,28 70,5 210/15
Kimyəvi xassələri Sulfoksidlər zəif əsaslardır, qüvvətli turşularla (HCl, HBr, HNO3) R2SO∙HCl tipli duzlar əmələ gətirir; müxtəlif reagentlərin təsiri ilə məs. H2O2, sulfonlara qədər RR'SO2 oksidləşir; reduksiyaedicilərin təsiri ilə (LiAlH4, NaBH4, H2 Pd-un , dixlorboranın, üçxlorsilanın, Ph3P və b.) sulfidlər RR'S əmələ gətirir. Sulfoksidlərin aminlərin və amidlərin törəmələri ilə kondensləşməsi sulfimidlərin RR'S=NR (R-alkil, aril) alınması ilə nəticələnir. Sulfoksidlərin nukleofil xüsusiyyətə malik olması, onların asanlıqla alkoksi-, hidroksisulfon əmələ gətirməsində özünü göstərir və bundan da benzil- və allilhaiogenidlərin və ya tozilatların oksidləşməsində istifadə olunur.
Alınması Sulfoksidlər adətən müvafiq sulfidlərin oksidləşməsi yolu ilə alınır. Oksidləşdirici kimi turş mühitdə hidrogen peroksid, azot oksidləri, hipoxlorid və digər oksidləşdiricilərdən istifadə olunur.
Mənbə Химическая энциклопедия в пяти томах. Пол — Три. — М.: "Большая Российская Энциклопедия", 1995. — Т. 4. — ISBN 5-85270-092-4. Общая орг. химия, пер.с. англ., том 5 Москва,1983, с. 253–318. А.Ф. Елеев.
Kateqoriya:Kimya Kateqoriya:Kükürdlü üzvi birləşmələr