() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şimali Amerikadan Florida və Texasa qədər yayılmışdır.

Botaniki xarakteristikası 15 m hündürlükdə koldur. Zoğları sıx tüklü, birillikləri çılpaq, qəhvəyi rəngdə, parıldayan, ikiillikləri isə boz, yaxşı gözə çarpan mərciməklərə malikdir. Tumurcuqlar qırmızımtıl-qəhvəyi rəngdə, tüklüdür. Yarpaqları tərs uzunsov-yumurtavari, uzunluğu 12-30 sm, eni 4,5-12 sm, uclardan qısa sivrləşmiş qaidəyə doğru getdikcə yastılaşmış, tamkənarlı, dərivari, xırda nöqtəvari vəzilərə malikdir. Çiçəkləri qəhvəyi və ya qırmızımtıl-qonurdur, 1-3 sm uzunluqda, tüklərlə örtülü çiçək saplağı üzərində yerləşir. Çiçəkyanlığı 9 yarpaqcıqdan ibarətdir. Erkəkcikləri spiral şəklində düzülmüşdür. Dişicik 3-15 sərbəst, 3-20 yumurtacığa malikdir. Kasa yarpaqları 3 ədəd, yumurtavarı iti, yaşılımtıl və tüklüdür. Ləçəklər enli yumurtavari, ucları dairəvi, arxaya əyilmiş olur. Aprel və may aylarında çiçəkləyir. Meyvəsi ellips formalı, 5-7 sm uzunluqda, yaşılımtıl-sarı, sonradan qonurlaşandır. Toxumları 2-2,5 sm uzunluqdadır. Meyvələri sentyabr-oktyabr aylarında yetişir.

Ekologiyası Şaxtayadavamlıdır, rütubət, işıqsevəndir.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində 2001-ci ildə introduksia olunmuşdur. Park və bağlarda çox az rast gəlinir.

İstifadəsi Yaşıllaşdırmada,tək və qrup əkinlərində istifadə olunur. Tərkibində asitogen,toxumunda insan üçün lazım olan mikroelementlər vardır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Meyvə ağacları Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları