Dairə () — rejissor Cəfər Pənahinin 2000-ci ildə çəkdiyi film. Film müasir İranda (XX əsrin sonları) qadınların asan olmayan talelərindən bəhs edir. Film Venesiya kinofestivalının ən yüksək mükafatı olan "Qızıl şir"-i qazansa belə İranda qadağan olunub.

Süjet "Dairə" — bir neçə iranlı qadının öz həyatlarında hiss etdikləri cinsi diskriminasiyanı göstərən filmdir. Onlardan biri öyrənir ki qızının qız övladı dünyaya gəlib. Halbuki onlar uşağın oğlan olacağını gözləyirdilər. Ana burada qızının gələcəyi üçün narahat olur. Digər yanda isə yenicə həbsxanadan çıxmış bir neçə qadın göstərilir. Onlar pul tapıb öz doğma kəndlərinə qayıtmaq istəyirlər. Bir yanda isə qadının biri abort etdirmək istəyir. Pənahi bu qadınların keçmişi haqda heç nə demir, ancaq ölkəsindəki qadınların sıxışıb qaldığı tabuları, qadağaları bütün çılpaqlığı ilə göstərir.

Filmdə baş rol yoxdur bütün film qadınların İran cəmiyyətində qarşılaşdıqları gündəlik problemləri özündə göstərən kiçik hekayələrdən ibarətdir. Bu hekayələr bəzən bir birləri ilə qovuşurlar bu isə özlüyündə bir çevrə dairə yaradır. Film adı da məhz buna görə "Dairə"-dir.

Rollarda Nərgiz Məmizadə — Nərgiz Məryəm Parvin Almani — Arzu Müjgan Fərəmərzi — Müjgan fahişə İlham Saboktəkin — İlham tibb bacısı Munir Ərəb — Munir bilet satıcısı Solmaz Pənahi — Solmaz Fereşte Sədri Orafayi — Pəri Fatimə Nağavi — Ana Abbas Əlizadə — Pərinin atası Maidə Təhmasibi — Maidə Ataullah Moğadas — Hacı Məryəm Şayeqan — Pərvanə

Mükafatlar 2000-ci ildə Venesiya Kinofestivalında ən yüksək mükafat olan "Qızıl şir" mükafatı da daxil olmaqla 6 mükafata layiq görülüb. 2000-ci ildə ABŞ Kinotənqidçiləri Milli Şurası tərəfindən "İfadə azadlığı" mükafatına layiq görülüb. 2001-ci ildə San-Sebastiyanda keçirilən kinofestivalda FİPRESSİ mükafatı qazanıb.

İstinadlar

Xarici keçidlər Dairə film IMDb saytında

Kateqoriya:Cəfər Pənahinin filmləri Kateqoriya:Farsca filmlər Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:Dramlar