thumb|250px|İlham Əliyevin Donald Tramp və Nikol Paşinyanla görüşündən. Vaşinqton, 2025-ci ilin avqustu thumb|250px|İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşündən. Ankara, 2015-ci ilin yanvarı thumb|250px|İlham Əliyevin Vladimir Putinlə görüşündən. Soçi, 2014-cü ilin avqustu İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısı — dördüncü Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyi dövründə etdiyi beynəlxalq rəsmi və iş səfərlərinin siyahısı.

İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də 76,84%, ikinci dəfə 15 oktyabr 2008-ci ildə 88,73%, üçüncü dəfə 9 oktyabr 2013-cü ildə 84,54%, dördüncü dəfə 11 aprel 2018-ci ildə 86,02% və beşinci dəfə 7 fevral 2024-cü ildə 92,12% səs toplayaraq Azərbaycan Prezidenti seçilmişdir.

Prezident 2003-cü il oktyabr ayının 31-dən 2009-cu ilin iyun ayının 20-dək dünyanın 40 ölkəsinə 114 dəfə səfərə getmişdir. Bu səfərlərin 44-ü dövlət və rəsmi, 70-i isə işgüzar səfərlər olmuşdu. Səfərlərin 75 faizi Avropa ölkələrinin payına düşür. Belə ki, Prezident İlham Əliyev bu dövrdə Rusiya Federasiyasında 19, Türkiyədə 10, Gürcüstanda 6, İran İslam Respublikasında 3 dəfə səfərdə olmuşdur. O, həmçinin 7 dəfə Fransaya, 5 dəfə Polşa və Qazaxıstana, 4 dəfə Rumıniya və İsveçrəyə, 3 dəfə Almaniya, Belçika və Səudiyyə Ərəbistanı Krallığına, 2 dəfə ABŞ, Macarıstan, Yunanıstan, Slovakiya, İtaliya, Çin, Belarus, Tacikistan, Vatikan və Litvaya səfərə getmişdir. Prezident bu dövrdə, həmçinin, Küveyt, Çexiya, Özbəkistan, Pakistan, Böyük Britaniya, Moldova, Xorvatiya, Bolqarıstan, Yaponiya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Misir, İordaniya, Finlandiya və Türkmənistan dövlətlərinin hər birində bir dəfə səfərdə olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti həm xarici ölkələrə səfərləri zamanı, həm də Azərbaycana qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çox intensiv görüşlər keçirmiş, müzakirələr aparmışdır. Dövlət başçısı bu səfərləri zamanı dövlət, hökumət və parlament rəhbərləri ilə 254 görüş və qəbul, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə 64 görüş və qəbul, ümumilikdə 486 görüş və qəbul keçirmişdir.

Fəaliyyəti dövründə Prezident İlham Əliyev Azərbaycanın ən mühüm problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə danışıqlar aparmaq üçün 17 dəfə Ermənistanın dövlət başçısı (12 dəfə Robert Koçaryanla, 5 dəfə Serj Sarkisyanla) ilə görüşmüşdür. Dağlıq Qarabağ məsələsi ilə əlaqədar İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərini 47 dəfə qəbul etmişdir. Ümumiyyətlə, Dövlət başçısının xaricdə və Azərbaycanda keçirdiyi görüş və qəbulların sayı 1780-dən çoxdur.

Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayı 5000-dən çoxdur.

1-ci Prezidentliyi dövrü (2003–2008) thumb|İlham Əliyevin Aleksandr Lukaşenko və Vladimir Putinlə görüşündən. Kiyev, 2004-cü il thumb|İlham Əliyev (soldan ikinci) Ukrayna veteranları ilə. thumb|Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevlə görüşündən İlham Əliyevin 1-ci Prezidentliyi dövründəki səfərləri (2003–2008) aşağıdakılardır: 1.9–12 dekabr, 2003 İsveçrəCenevrəİnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinə dəvət, Cenevrədə BMT-nin Baş katibi Kofi Annan ilə təkbətək görüşü2.22–23 yanvar, 2004 FransaParisFransa Prezidenti Jak Şirakın dəvəti ilə səfər3.5–7 fevral, 2004 RusiyaMoskvaRusiyaya rəsmi səfər4.1–2 mart, 2004 QazaxıstanAstanaQazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəvəti ilə səfər, Bakı-Tbilisi-Ceyhan layihəsinin müzakirəsi5.18–19 mart, 2004 SlovakiyaBratislavaAİ ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafı6.23–24 mart, 2004 ÖzbəkistanDaşkəndİqtisadiyyat, nəqliyyat, hərbi əməkdaşlıq sahələrində 8 sazişin imzalanması7.13–15 aprel, 2004 TürkiyəAnkaraAnkara yaxınlığında, Batıkənddə Heydər Əliyevin xatirəsinə parkın açılışı. Mülki aviasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair protokolların və digər sənədlərin imzalanması8.27–28 aprel, 2004 PolşaVarşavaAvropa İqtisadi Sammitində iştirak, Polşa Prezidenti Aleksandr Kvasnevski ilə, Ermənistan prezidenti Robert Koçaryan ilə təkbətək görüş9.28–29 aprel, 2004 FransaStrasburqAŞPA sessiyası, Strasburqda Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinin sədri Luzius Vildhaber ilə görüş10.17–19 may, 2004 BelçikaBrüsselAİ ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafı, Brüsseldə, Dünya Gömrük Təşkilatının (DGT) iqamətgahı qarşısında, "Dədə Qorqud" abidəsinin açılış mərasimi11.3–4 iyun, 2004 UkraynaKiyevÖlkələr arasında ikitərəfli əlaqələrin inkişafı12.14–15 iyun, 2004 GürcüstanTbilisiAzərbaycan-Gürcüstan arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətindəki sənədlərinin imzalanması, Tbilisidə Gürcüstan Parlamentinin sədri Nino Burcanadze ilə görüş13.26–29 iyun, 2004 TürkiyəİstanbulNATO-nun 17-ci sammiti, ABŞ Prezidenti Corc Buş ilə görüşü, Avro-Atlantik Tərəfdaşlıq Şurasına üzv olan ölkələrin dövlət və hökumət