Jorj Ejen Osman (), baron Osman kimi tanınan (baron Haussmann), (27 mart 1809, Paris — 11 yanvar 1891) — fransız dövlət xadimi, Sena departamentinin şurasının sədri (1853—1870), İncəsənət akademiyasının üzvü (1867), Parisin müasir görünüşünü təyin edib. Bioqrafiya Osman, 27 mart 1809-cu ildə Parisdə alman mənşəli protestant bir ailədə anadan olub (almanca soyadı Xausman kimi səslənir və türk osmanlılarla əlaqəli deyil).
Bir çox yaşayış məntəqələrini yenidən qurdu, bir çox köhnə (orta əsrlər) evləri söküb və daha sonra məşhur hala gələn bulvarları restavrasiya edirdi. Ümumilikdə, Osmanın rəhbərliyi altında Parisdəki daşınmaz əmlakın təxminən 60% -i yenidən təşkil edilmişdir.
Osman 1891-ci il 11 yanvar Parisdə vəfat etmişdir. Per Laşez qəbiristanlığında dəfn edildi. Paris mərkəzində yerləşən bulvarlardan biri onun adını daşıyır.
İstinadlar
Ədəbiyyat David Jordan: Die Neuerschaffung von Paris. Baron G. E. Haussmann und seine Stadt. Fischer, Frankfurt/Main 1996, ISBN 3-10-037714-1. Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:Fransa siyasi xadimləri Kateqoriya:Fransa siyasi xadimləri Kateqoriya:Fransa memuarçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri