thumb|ABŞ Silahlı Qüvvələrinə məxsus olan M60A3 tankı
M60 Patton - ABŞ istehsalı tank. M60 “Patton” tankları 1960-70-ci illərdə, M1 Abramslarla əvəzlənmədən öncə ABŞ ordusunun tank filotiliyasının onurğasını təşkil edirdi. Əvəzlənməsinə baxmayaraq, 2019-cu ildə 19 ölkənin ordusunda 5 mindən çox “Patton” istifadə edilir. 2019-cu ilin əvvəlində “Raytheon” onun istismar müddətinin uzadılması paketini (SLEP) elan etdi. Buraya yeni mühərrik, atəşə nəzarət sistemi və 120 millimetrlik toplar daxildir.
Tarixi M60 öz əsasını özündən əvvəlki M26 Pershing ağır tankından alır. Ondan İkinci Dünya müharibəsindən sonrakı dövrdə istifadə edilirdi. “Pershing” sonralar 90 mm-lik toplarla silahlandırılmış “Patton” seriyalı tanklara transformasiya edildi. Bu tanklara M46, M47, M48-i aid etmək olar. M60 isə 1960-cı ildə təqdim olundu və seriyanın sonuncu üzvü idi. Tank özünün daha ağır zirehi və uzaq mənzilli, 105 mm-lik M68 topu ilə Sovetlərin T-54 tanklarına qarşı mübarizə üçün layihələndirilmişdi. 50 tonluq M60-lar Üçüncü Dünya müharibəsi təhlükəsindən dolayı Avropaya yerləşdirilsə də, Vyetnam müharibəsində məhdud istifadə edildi. M60-lar ilk dəfə Yaxın Şərqdə istismar edildi. Yom Kippur müharibəsi zamanı İsrailin M60 tankları Qolan təpələrində 7-ci və 188-ci zirehli briqadanın xilasında Suriyanın 3 minlik tank bölmələrinə qarşı gərgin mübarizə apardı.
M60 “Patton” tankları 1960-70-ci illərdə, M1 Abramslarla əvəzlənmədən öncə ABŞ ordusunun tank filotiliyasının onurğasını təşkil edirdi. ABŞ ordusunda əvəzlənməsinə baxmayaraq, hələ də 19 ölkənin ordusunda 5 mindən çox “Patton” istifadə edilir. 2019-cu ilin əvvəlində “Raytheon” şirkəti bu tankların istismar müddətinin uzadılması paketini (SLEP) elan etdi. Buraya yeni mühərrik, atəşə nəzarət sistemi və 120 millimetrlik toplar daxildir.
İstifadəsi Türkiyə M-60 tankı Türkiyənin əsas döyüş tankıdır. Türkiyə ordusu NATO orduları arasında M60 tankının ən iri istifadəçisidir. Ümumilikdə 931 M60 tankı Türkiyə ordusunun xidmətindədir. Bütün M60 tanklarının hamısı ABŞ-dən istifadə edilmiş tank şəklində alınıb. Türkiyənin Suriyada başlatdığı Fərat Qalxanı, Zeytun budağı və Barış Pınarı əməliyyatlarında Türkiyə Silahlı Qüvvələri tərəfindən M-60 tanklarından, həmçinin onun modernizasiya olunmuş M60A1, M60A3 və M60 Sabra variantlarından geniş istifadə olunub. Aselsan şirkəti tərəfindən həyata keçirilən ən sonuncu modernizasiya layihəsi olan M60T Fırat çərçivəsində bu tanklara PULAT aktiv müdafiə sistemləri inteqrasiya edilib. PULAT sahib olduğu yüksək texnologiya radarı ilə M60T-yə atılan tank əleyhinə raketi havada aşkarlayaraq uyğun məsafədə zərərsizləşdirə bilir.
Silahlanma
– Ana silahı: 105 mm “M68” yivli top
Kalibr: 105 mm
Lülənin qalxma bucağı: –9º... +19º
Üfüqi tuşlama bucağı: 360º
Mərmi ağırlığı: 5.78 – 14.04 kq
Mərminin başlanğıc sürəti: 732 m/s
Atış tezliyi: 10 atəş/dəqiqədə
Atəş məsafəsi: 2 km
Maksimal atəş məsafəsi: 5 km
– 12.7 mm “M85” pulemyotu
Kalibr: 12.7 mm
Mərmi: 12.7x99 mm
Atış tezliyi: 400-625 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 880 m/s
Atəş məsafəsi: 1.9 km
Maksimal atəş məsafəsi: 6.7 km
– 7.62 mm “M73” pulemyotu Kalibr: 7.62 mm
Mərmi: 7.62x51 mm NATO
Atış tezliyi: 500-625 atış/dəq
Güllənin başlanğıc sürəti: 853 m/s
Atəş məsafəsi: 900 m
Maksimal atəş məsafəsi: 3.7 km thumb|Türkiyə Silahlı Qüvvələrinə məxsus olan M60A3 tankı
İstinadlar
Kateqoriya:ABŞ silahları Kateqoriya:ABŞ texnikası Kateqoriya:Tanklar