Atilla Pisyani () — İran aktyoru. Aktrisa Cəmilə Şeyxinin oğludur.
Həyatı Atilla Pisyani 1957-ci ilin 30 aprelində Tehran şəhərində anadan olmuşdur.
Atilla Pisyaninin anası Cəmilə Şeyxi İranın məşhur aktrisalarından biridir. Həmçinin həya yoldaşı Fatimə Nəqəvi və qızı Sitarə Pisyani də aktrisalıqla məşğuldurlar.
Atilla aktyorluqla yanaşı, rejissorluq və rejissor köməkçiliyi ilə də məşğuldur.
Təhsili Tehran Universitetinin İncəsənət fakültəsində teatr aktyorluğu və rejissorluğu ixtisası üzrə təhsil almışdır.
Karyerası İlk dəfə teatr səhnəsinə 1968-ci ildə çıxmışdır. Film sahəsindəki debütunu 1983-cü ildə istehsal edilən "Ağ ölüm" filmində etmişdir. 1983-cü ildən sonra xeyli filmdə rol almışdır:
Soyuq qan içində (1994) İki qadın (1998) Yandırılmış nəsil (1999) Sonuncu nahar (2001) Gizlənmiş yarı (2001) Əmiri kim öldürdü ? (2005) Atəşkəs 1 (200)) Gizli hiss (2006) Gecə boyunca (2010) Prezidentin cib telefonu (2011) Taxta körpü (2011) Atəşkəs 2 (2014)
Atilla Pisyani bəzi seriallarda da rol almışdır: Sülhün ilk gecəsi (2006) Gizlilik siyasəti (2009) Salamat, uşaq (2012) Bir parça torpaq (2012) Ana kimi (2013) Mədinə (2014) Gözəl inqilab (2014)
Mükafatları Fəcr Beynəlxalq Film festivalında, Atilla "İki qadın", "Yandırılmış nəsil", "Sonuncu nahar", "Əmiri kim öldürdü ?" filmlərindəki çıxışına görə " "Ən yaxşı köməkçi aktyor" , "Soyuq qan içində" filmindəki çıxışına görə isə "Ən yaxşı aktyor" mükafatına layiq görülmüşdür.
Həmçinin bax Cəmilə Şeyxi
İstinadlar
Kateqoriya:İran aktyorları