İlona Elek (; ) — Macarıstan olimpik qılıncoynatma çempionu, rapiraçı. O, macar tarixində qılıncoynatma sahəsi üzrə ən çox çempion olmuş qadın qılıncoynatma ustasıdır. İlona Elek 1907-ci ilin may ayının 17-də yəhudi əsilli ata ilə rumın əsilli ananın qızı olaraq dünyaya göz açmışdır.
Karyerası İlona Elek 3 dəfə Macarıstanı olimpiya yarışlarında təmsil etmiş, 2 qızıl, 1 gümüş medal qazanmışdır. Qılıncoynatma növü üzrə dünyanın ən məşhur idmançılarından biri hesab edilir.
O, 1946-1947, 1949-1950 və 1952-ci illərdə ölkə çempionatlarında qılıncoynatmanın rapira növü üzrə çempion olmuşdur. Bundan başqa 1934, 1935, 1951-ci il Dünya Çempionatlarında qızıl, 1937-1954-cü illərdə gümüş, 1955-ci ildə isə bürünc medal qazanmışdır. İlona Elek Olimpiya oyunlarında fərdi yarışlar üzrə iki qızıl medal qazanan ilk idmançı qadındır. Yəhudi əsilli Elek 1936-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında özü kimi yəhudi əsilli idmançı Helen Mayeri məğlub edərək qızıl medal qazanmışdır.
İkinci Dünya müharibəsindən sonra 1948-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında da qalib gələrək, Londondan qızıl medal ilə ayrılmışdır. Bu yarışlar zamanı Elekin 41 yaşı var idi. 1952-ci ildə keçirilən Helsinki Olimpiyadasında isə gümüş medal qazanaraq 2-ci yeri tutmuşdur.Ilona Elek
İstinadlar
Kateqoriya:Olimpiya qızıl medalına sahib idmançılar Kateqoriya:Olimpiya qızıl medalına sahib Macarıstan idmançıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Macarıstan idmançıları Kateqoriya:1952 Yay Olimpiya Oyunlarının medalçıları