Fehmi Koç (28 avqust 2003-cü ildə Antalyada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Antalyaspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçu.

Klub karyerası

Antalyaspor Koç Antalyaspor akademiyası vasitəsilə inkişaf etmişdir. Koç öz peşəkar karyerasında debütünü 30 oktyabr 2018-ci ildə Yomraspor klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Danilonu əvəz etmişdir. Həmin görüşdə Antalyaspor kubok görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Koç Super Liqada debütünü 24 dekabr 2018-ci ildə Fenerbahçe klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Süleyman Dukaranı əvəz etmişdir. Liqa görüşündə Antalyaspor rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. 15 il, 7 ay və 3 günlüyündə meydana daxil olan Koç Super Liqada meydana çıxan ən gənc futbolçu kimi tarixə düşmüşdür.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolAntalyaspor2018–19Süper Liqa1030000040Ümumi karyera1030000040 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Antalyaspor futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə 2-ci Liqası futbolçuları Kateqoriya:Türkiyə 3-cü Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə U-15 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə U-16 milli futbol komandası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri