Timoti Coel Eyoma (29 yanvar 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Tottenhem Hotspur klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.

Erkən və şəxsi həyatı ‘TJ’ ləqəbi ilə tanınan Eyoma London şəhərinin Hakni bölgəsində anadan olmuşdur. O, Hayberi Qrov məktəbində təhsil almışdır. Onun qardaşı Aaron Eyoma və ya ‘AJ’ Arsenal klubunun gənc futbolçusu. Hal-hazırda Derbi Kaunti klubunun üzvüdür.

Karyerası Müdafiənin mərkəzi və sağ cinahında uğurlu çıxış edən Eyoma 2018-ci ilin sentyabr ayında Tottenhem Hotspur klubu ilə 2021-ci ilə qədər müqavilə imzalamışdır.

Eyoma öz peşəkar karyerasında debütünü 4 yanvar 2019-cu ildə Tranmere Rovers klubuna qarşı oyunda etmişdir. Prenton Parkda keçirilən FA Kuboku görüşündə Tottenhem rəqibinə 7-0 hesabı ilə qalib gəlmişdir.

Milli karyerası Eyoma İngiltərədə anadan olmuşdur. Valideynləri isə Nigeriya vətəndaşlarıdır. Eyoma İngiltərə U-17 millisi ilə Hindistanda keçirilən 2017 FİFA U-17 Dünya Çempionatının qalibi olmuşdur.https://www.hitc.com/en-gb/7/12/27/tottenham-youngster-timothy-eyoma-making-excellent-progress/

Karyera statistikası + Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolTottenhem Hotspur2018–19Premyer liqa0010000010Ümumi karyera0010000010

Uğurları Milli komanda «İngiltərə U-17» FİFA U-17 Dünya Çempionatı — 2017

İstinadlar

Xarici keçidlər Profile at Tottenham Hotspur

Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları