() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbii şəraitdə Çinin qərb rayonlarında bitir.
Botaniki xarakteristikası 1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir. Torpağa toxunan budaqları kök atma qabiliyyətinə malikdir. Toxumlarla və qələmlərlə çoxalır.
Ekologiyası Şaxtaya və quraqlığa davamlı, işıqsevən bitkidir.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi Tək və qrup əkinlərində, daşlıq yerlərdə yaşıllaşdırma işlərində çox əlverişlidir. Mədəni şəraitdə 1896-cı ildən becərilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Çin florası Kateqoriya:25–29 ID olan Taksonbar