() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Şərqi Çindir.

Botaniki xarakteristikası 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqları sıx tükcüklərlə örtülmüşdür, sonralar isə çılpaqlaşır və tünd qəhvəyi rəng alır. Yarpaqlarının uzunluğu 3-8 sm, eni isə 2-3 sm olub, tərs yumurtavari və ya ovaldır. Üstü tünd yaşıl rəngli, çılpaqdır, alt səthi isə açıq yaşıl, demək olar ki, ağ rənglidir. Yarpaq saplağı 7-8 mm uzunluğundadır. Çiçəkləri 6 mm diametrində olub, 6-8 sm uzunluğunda qalxan çiçəkqrupuna yığılmışdır. İyulda çiçəkləyir, toxumları oktyabrdan-fevrala qədər yetişir. Meyvələri qırmızı rəngli, tərs yumurtavaridir və 2-3 toxumludur. Toxumla çoxaldılır.

Ekologiyası Şaxtaya və quraqlığa davamlıdır. Günəşli və yarımkölgədə bitir. Torpağa tələbkar deyil. Qumluca, gilli və ağır torpaqlara üstünlük verir.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi Dekorativ koldur. Park və bağlarda, küçə əkinlərində istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax