thumb|Domino effekti

Domino effekti — hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur.

Tarixi "Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950–1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi. Xüsusilə, kommunist ölkələrə qarşı istiqamətlənən bu nəzəriyyənin siyasi mahiyyəti həmin dövr üçün belə idi: "Bir bölgədə kommunizmin yayılması, ona qonşu olan dövlətlərdə də eyni ideologiyanın yayılmasına səbəb ola bilər." Həmçinin bax

Kəpənək effekti Qartopu effekti

İstinadlar

Kateqoriya:Səbəbiyyət Kateqoriya:Metaforlar Kateqoriya:Beynəlxalq münasibətlər