() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qərbi Asiyada, Qafqazda yayılmışdır. Qafqazda, Azərbaycanda yayılmışdır.
Botaniki xarakteristikası 1-2 m hündürlüyündə dik duran koldur. Qopartikanları müxtəlifdir; nazik, bir qədər iri, qılıncşəkilli və ya bəzən qarmaqvarı əyilmişdir, bəziləri isə sadə formadadır. İyun ayında çiçək açır. Çiçəkləri əksərən tək-tək, bəzi hallarda 2-3-ü bir yerdə olur. 25 mm-ə qədər uzunluqda çılpaq və ya məxməri tüklü, bəzən seyrək vəzili tüklü çiçək saplağına malikdir. Ləçəkləri kükürdü-sarıdır, zəif oyuqludur. Meyvəsi girdə və ya qısa yumurtavarıdır, sarı və ya narıncı rəngdədir.
Ekologiyası Rütubət və işıqsevən bitkidir. Münbit torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Dekorativ koldur, qrup əkinləri üçün yararlıdır. Bu növün bağ formaları da becərilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası