Valentin Xodukin (; ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu və ukraynalı futbol məşqçisi.

Həyatı

Futbolçu kimi "Neftyanik" (Droqobıç, Ukrayna), "Dvina" (Vitebsk, Belorus), "Avanqard" (Ternopol, Ukrayna), "Selmaş" və "Karpatı" (hər ikisi Lvov, Ukrayna) komandalarında oynaylb.

Lvov Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib və orada pedaqoji fəaliyyət göstərib. 8 il futbol kafedrasına rəhbərlik edib. Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını bitirib.

V. Xodukin zəngin məşqçilik karyerasına malikdir. 1990-cı ildən Ukrayna çempionatının II, I və yüksək liqalarında yarışan bir sıra klubların məşqçisi və baş məşqçisi olub, güclülər dəstəsində oynayan "Karpatı" (Lvov) və "Krivbass" (Krivoy Roq) kimi komandalarda baş məşqçi işləyib. Ukrayna kuboku uğrunda mübarizənin finalçısı, UEFA Kuboku yarışlarının iştirakçısı olub.

V.Xodukin 13-cü Azərbaycan çempionatından Bakının "İnter" komandasında işləyir. Klubda əvvəlcə analitik qrupa rəhbərlik edən mütəxəssis 14-cü çempionatın sonlarından (2006) baş məşqçi vəzifəsində çalışır.

İstinadlar

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Karpati Lvov FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri