() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Asiyanın mülayim zolaqlarını, Koreyanı, Yaponıya adalarını, Xokkaydonu, Xonsyunu, Çin əyalətlərini, Orta Asiyanın şimalını, Cənubi Uralı, Sibiri, Uzaq Şərqi və Saxalini əhatə edir. Avropanın və Şimali Amerikanın bir çox yerlərinə introduksiya olunmuşdur.

Botaniki təsviri 3 metr hündürlüyü olan, budaqları dik duran koldur. Yarpaqları təkləkvari, 25 sm uzunluğunda, 9-13 yarpaqcıqlardan ibarətdir. Yarpaqları erkən yazda açılarkən narıncı, yayda açıq-yaşıl, payızda-oktyabr ayında tökülərkən sarı və yaxud qırmızı rəng alır. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri ağ, ətirili, iri pramidal, 25 sm uzunluğu olan süpürgəvari çiçək qrupunda yerləşir. Çiçək qrupları-uzunluğu 25 sm-dək olan, piramidal süpürgələrdir. 30 günədək çiçəkləyir. Çiçəklərin diametri 10-12 mm, çiçək saplaqları 5-8 mm-dir. Ləçəkləri oval və ya əks yumurtavari, 5-7 mm-dir. 40-50 erkəkciyin qalınlığı 1,5-2 mm, uzunluğu ləçəklərdə olduğu kimidir. Meyvəsi silindrik, hamar yarpaqcıqdır.

Ekologiyası Şaxtaya davamlı, tez böyüyən koldur. Torpağa az tələbkar, torpaq rütubətinə isə həssasdır. Cavan ikən kölgəyə xeyli davamlı, sonralar işığa və istiliyə tələbkar olur.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir. Mərkəzi Nəbatət bağında becərilir.

İstifadəsi Tək və qrup əkinlərdə, yamacların bərkidilməsində istifadə edilir. Uzun müddətli çiçəklənməsi və yarpaqların tez açılmasına görə dekorativ bitki hesab olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:Rusiya florası Kateqoriya:Bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları