() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Avropa, Sibir, Uzaq Şərq, Çin, Koreya, Yaponiya, Şimali Amerikanın qərbində yabanı halda bitir.

Botaniki təsviri Hündürlüyü 2 m-dək, düz dayanan, hamar və ya çıxıntılı-zolaqlı, qırmızımtıl-qonur-sarı zoğlu koldur. Yarpaqları uzunsov-lansetvari, uzunluğu 10 sm-dək, ucu biz təxminən bünövrəyədək iti dişli, çılpaq və ya tükcüklü, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Çəhrayı və ya ağ çiçəkləri qısa, sarımtıl tükcüklü çiçək saplaqlarında uzunluğu 20 sm-dək olan silindirik və ya piramidal süpürgələrə yığılmışdır.

Ekologiyası Çayların, göllərin ətrafında, bataqlıqlarda bitir. İşıqsevəndir. Şaxtaya davamlıdır, torpağa tələbkardır, nəmişli torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması Mədəni şəraitdə bir çox park və bağlarda becərilir.

İstifadəsi Canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Koreya florası Kateqoriya:Bolqarıstan florası Kateqoriya:Avstriya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qazaxıstan florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları