Koreyanın səsi () — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır.

Tarixi Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır.

Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır.

Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır

Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi.

15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.

Xarici keçid Rəsmi saytı (rus dilində)

İstinadlar

Kateqoriya:Beynəlxalq radio kanalları Kateqoriya:Çin dilində radiostansiyalar Kateqoriya:Koreya dilində radiostansiyalar Kateqoriya:Rus dilində radiostansiyalar Kateqoriya:Yapon dilində radiostansiyalar Kateqoriya:İngilis dilində radiostansiyalar Kateqoriya:Fransız dilində radiostansiyalar Kateqoriya:İspan dilində radiostansiyalar Kateqoriya:Ərəb dilində radiostansiyalar Kateqoriya:Alman dilində radiostansiyalar Kateqoriya:Şimali Koreya kütləvi informasiya vasitələri Kateqoriya:Əlifba sırasına görə radiolar Kateqoriya:1945-ci ildə yaradılmış radiostansiyalar Kateqoriya:XX əsrdə yaradılmış radiostansiyalar Kateqoriya:Beynəlxalq radio və televiziya yayımçıları