Lev — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfinndən işğal edilib. Kənd 2020-ci il 25 noyabrda işğaldan azad edilib.
Burovar silsiləsinin ətəyindədir. Tam adı Levkənddir. Kəndin adı oradakı Lev (və ya Leh) adlı qədim qalanın adındandır. Qala Tərtər çayının sahilində, sıldırım qaya üstündədir. Xalq arasında qala Lev (Ləkərqışlaq) Loktim də adlanır. Qalanın adı XII əsrdən məlumdur. Bəzi tədqiqatlara görə, lev fars dilindəki ləb sözündən olub “dodaq”, məcazi mənada “dağ çıxıntısı, irəli çıxmış qaya” mənasındadır. İran dillərində bu sözlərin “kənar, qıraq” mənası da vardır.
Kəndin ərazisində qədim albanların «Lök» adlı bir qalası var. «Lök» sözü el arasında «Löy» səslənir. Lök və Löy sözləri tədricən assimilyasiya olunaraq Lev şəklinə düşmüşdür.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Yaylaqlar Çınqıllı yurd, Əbildüşən yurd, Qumarxac yurdu, Kürddamı yurdu, Şiştəpə yurdu, Çökək yurd, Uzunyal yurdu, Ağdaş yurdu.
Bulaqlar Soyuq bulaq, Sarının suyu, Portport bulaq, Əhməd təpəsinin bulağı, Rus bulağı.
Məşhur yerlər Kamranbiçən, Çəpərli, Zəli gölü, Təpənin boynu, Çökəyin düzü, Şırşır bulaq, Lev çayı, Şişqaya, Qamışın düzü, Yekədaş, Gölünaltı, Dalının düzü, Div biçənəyi.
Binələr–Qışlaqlar Ağıl binəsi, Təkdam binəsi.
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri