Alpin mak Eoxayd (; ) — Dal Riada kralı, I Kennet və I Donaldın atası. Onun adı anqlosaks Elfvin adından törəyib.

Həyatı Bu dövrün Dal Riada kralların xronologiyası və genealogiyası tam dəqiq və faktiki formada hazırlanmayıb. "Olster annalları" və "İnişfallen annalları" kimi İrlandiya salnamələri kral I Kennetin atasının adını Alpin olaraq verirlər. "Alba krallarının salnaməsi" əsəri I Kennetlə başlayır, ancaq bəzi mənbələr ona istinad verirlər: "Piktlər onu darmadağın etdikdən sonra Alpin Qalloueydə ölmüşdür. Daha sonra şotlandlar krallığı piktlərin krallarığına asılı olmuşdur". II Alpin Dal Riada kralı IV Eoxaydın oğlu, Dal Riada kralı III Eoxaydın nəvəsi idi.

Növbəti əsrlərdə Fordunlu Conun hazırladığı salnamə Kennetin atasını "Exeyin oğlu Alpin" adlandırır və 836-cı ildə piktlərlə vuruşduğu döyüşdə həlak olmasından bəhs edir.

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Dal Riada kralları Kateqoriya:IX əsr şəxsləri Kateqoriya:Makalpinlər sülaləsi