Hatari () — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" () mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır.

Tarixi Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur. Qrup həmin festivalda bir daha 2018-ci ildə səhnə almışdır.

2017-ci ilin oktyabr ayında qrupun Neysluvara adlı mini-albomu buraxılmışdır. Albomda yer alan "Ódýr" və "X" mahnılarına video kliplər də çəkilmişdir.

2018-ci ildə Pasxa ərəfəsində Hatari Háskar adlandırdıqları "Qiyamət günü festivalı"nı təşkil etmişdir. Festivalda Reykyavikdən olan müxtəlif ifaçılar, DJ-lər və qruplar çıxış etmişdir. Hatari festivaldakı çıxışına görə mükafata layiq görülmüşdür.

2018-ci ilin dekabr ayında qrupun "Spillingardans" adlı üçüncü sinqlı təqdim olunmuşdur. 2019-cu ilin yanvar ayında Hatarinin İslandiyanın RÚV telekanalının Avroviziya 2019 təmsilçisini seçmək üçün təşkil etdiyi Söngvakeppnin 2019-da iştirak edəcək olan 10 namizəddən biri olduğu elan edilmişdir. "Hatrið mun sigra" mahnısı ilə yarışmaya qatılan qrup nəticədə qalib gələrək İslandiyanı Tel-Əvivdə keçirilən Avroviziyada təmsil etmək hüququnu əldə etmişdir. Müsabiqə öncəsi qrup dəfələrlə İsrail əleyhinə siyasi çıxışlar etmişdir. Bunun ardınca Hatari bənzər çıxışların Avroviziya səhnəsində təkrarlanacağı halda İslandiyanın Avroviziyadan diskvalifikasiya ediləcəyi barədə birbaşa olaraq Avropa Yayım İttifaqı tərəfindən xəbərdarlıq almışdır. Buna baxmayaraq müsabiqənin sonunda İslandiyanın SMS səsləri açıqlanan zaman qrup üzvləri Fələstin bayraqlarını üzə çıxardı. Eyni vaxtda qrupun Instagram hesabında Fələstin bayrağı yerləşdirildi. Hatari müsabiqədə nəticə olaraq 232 xal toplayaraq, 10-cu yerdə qərarlaşmışdır.

Avroviziyada iştiraklarının ardınca qrupun fələstinli müğənni Bəşər Murad ilə birlikdə ifa etdiyi "Klefi / Samed" mahnısı təqdim olunmuşdur. Yarı ərəb və yarı island dilində səslənən mahnının video klipi İsraildə çəkilmiş və klipdə qrup üzvləri fələstinli ifaçı ilə birlikdə Fələstin bayrağını dalğalandırırlar.HATARI – KLEFI / SAMED (صامد) Feat. BASHAR MURAD Svikamylla Ehf. YouTube. 24 may 2019. Retrieved 24 may 2019.

Diskoqrafiya

Studiya albomları Neyslutrans (2020)

Mini-albomlar Neysluvara (2017)

Sinqllar "Spillingardans" (2019) "Hatrið mun sigra" (2019) "Klefi/صامد" (Bəşər Murad ilə) (2019) "Klámstrákur" (2019)

Mükafatlar və nominasyalar İl Mükafat Kateqoriya İş Nəticə İst. 2017 Grapevine Musiqi Mükafatları Ən yaxşı canlı ifa Hatari 2018 Grapevine Musiqi Mükafatları Ən yaxşı canlı ifa Hatari İsland Musiqi Mükafatları İlin mahnısı — Rok "Spillingardans" İlin ifaçıları Hatari

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:İslandiya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Musiqi qrupları Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Antikapitalistlər Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsi mübahisələri Kateqoriya:2015-ci ildə yaranan musiqi qrupları Kateqoriya:İslandiyanın "Avroviziya" təmsilçiləri