Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir.
Tarixi Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Şəkillər
Həmçinin bax Ələmut Xərrəqan türbələri Çəhəl Sütun Sarayı
Xarici keçidlər Səd əl-Səltənə karvansarası haqqında sənədli film Səd əl-Səltənə karvansarası haqqında sənədli film
İstinadlar
Kateqoriya:Qəzvinin tarixi abidələri Kateqoriya:Qəzvinin görməli yerləri Kateqoriya:İrandakı ümumdünya irsi Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər