Nic () — Azərbaycan Respublikasının Qəbələ rayonunun Nic qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası

Tarixi

Coğrafiyası və iqlimi Qəsəbə Qəbələ–Oğuz avtomobil yolunun kənarında, Alazan–Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Əhalisi Qəsəbədə udilər yaşayır. +Nic əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Куткашенский район (перепись 1970 года) Nisbəti, 1970 sa. Sayı, 1979 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Куткашенский район (перепись 1979 года) Nisbəti, 1979 sa. cəmi6 071100 %5 914100 % udi4 49574 %4 52876.6 % azərbaycanlı1 15619 %1 10918.8 % erməni2594.3 %1372.3 % ləzgi881.4 %821.4 % rus və ukraynalı320.5 %180.3 % yəhudi50.1 %80.1 %

13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qəbələ rayonu Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir.Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin bir media layihəsi—"Modern.az" internet portalı: Dağlar arxasında üç xalq: Nic kəndinin dinc sakinləri... ---yayınlanma tarixi: 17.02.2012

Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.

İqtisadiyyatı Kənddə hər həftənin bazar günü ətraf kənd və rayon sakinlərinin iştirak etdiyi kənd təsərrüfatı yarmarkası keçirilir. "Nic bazarı" adı ilə tanınan yarmarkaya nəinki ətraf rayonlardan, hətta Bakıdan və Sumqayıtdan ticarətə gələnlər olur.

Rayonun ən iri fındıq bağları məhz bu qəsəbənin yaxınlığındadır. Hər il ətraf kəndlərin də sakinləri mütəşəkkil meyvə yığımına gəlir, fındıqçılıq birliyinin rəhbərləri əhalinin maraqlarına uyğun tələblərlə kütləni mövsümü işlə təmin edirlər.

Mədəniyyət Nic qəsəbəsində Udi Mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Təhsil Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb. Müəllimlər içərisində yerli sakinlərdən – udilər də var idi. 1931–1933-cü illərdə udilər təhsili doğma dillərində, 1937–ci ildən Azərbaycanda Azərbaycan və rus dillərində, Gürcüstanda gürcü dilində alırlar.

Qəsəbədə ibtidai sinif şagirdləri üçün udi dili də tədris olunur.

Din Dindar əhalisi əsasən xristian udilər və müsəlman azərbaycanlılardan ibarətdir. Kənddə üç kilsə və bir məscid mövcuddur: Müqəddəs Yelisey Kilsəsi (1823) Tsilin kilsəsi (1866) Müqəddəs Məryəm Ana kilsəsi (1890) Cümə məscidi (2007)

Şəkillər

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun qəsəbələri Kateqoriya:Udinlər