İmamverdi Yavər oğlu Həmidov () — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor, filologiya elmləri doktoru.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-cü ildən).

Həyatı İmamverdi Həmidov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Masallı rayonunun Bala Kolatan kəndində anadan olmuşdur.

05 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb .

Ümumi təhsili İbtidai, yeddiillik və orta təhsilini müvafiq olaraq rayonun Bala Kolatan, Böyük Kolatan və Bədəlan kənd məktəblərində almışdır. İxtisas, ali və elmi təhsili 1957-1959-cu illərdə Bakı Statistika Texnikumunda oxumuş və iqtisadçı ixtisası üzrə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində oxumuş və oranı filoloq, ərəb dili tərcüməçisi, ərəb və Azərbaycan dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1967-ci ildə Sovet İttifaqı Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun (Moskva şəhəri) aspiranturasına keçirilmişdir. 1967-1968-ci illərdə Həmin institutun aspirantı olmuşdur. Əmək fəaliyyəti 1959-1960-cı illərdə Masallı rayonunun Qodman kəndindəki kolxozda iqtisadçı vəzifəsində işləmişdir. 1969-1973- Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat institutunun böyük elmi işçisi 1973-1976– Ədəbiyyat İnstitutunun elmi katibi 1980–1985– Ədəbiyyat institutunda böyük elmi işçi. 1990-1997- Ədəbiyyat İnstitutunda böyük elmi işçi 1997-ci ildən indiyə kimi – Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri 2017-ci ildən “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Filologiya və Pedaqogika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.

Dissertasiya müdafiəsi 1970-ci ildə “İbn Quteybə Dinəvəri” mövzusunda “Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə filologiya elmləri namizədi dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Ərəb ədəbiyyatı və Azərbaycan ədəbiyyatı ixtisasları üzrə “Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Dil bilikləri Azərbaycan dili––sərbəst Rus dili––sərbəst Ərəb dili––sərbəst Talış dili––sərbəst Elmi əsərləri Əsərlərinin ümumi sayı 113 O cümlədən monoqrafiya və kitabları 9 Beynəlxalq jurnallarda çap olunmuş əsərlərinin sayı 31 Əlavə əmək fəaliyyəti 1963-1964- Yəmən Ərəb Respublikasında təcrübə keçmiş və ərəb dili tərcüməçisi işləmişdir. 1975-1979– Yəmən Xalq Demokratik Respublikasında ərəb dili tərcüməçisi işləmişdir. 1985-1989 – İraq Respublikasında ərəb dili tərcüməçisi işləmişdir. 1998-2010-Bakıdakı Misir Mədəniyyət mərkəzində ərəb dili müəllimi AMEA-dan xaricdə əmək fəaliyyəti 2004-2011-Bakı Dövlət Universitetində ərəb dili və ədəbiyyatı müəllimi (saat hesabı) 1998-2000- “Nizami Gəncəvi” jurnalında Ədəbiyyat şöbəsinin müdiri 2001-2011-Bakı Asiya Universitetində ərəb dili və ədəbiyyatı müəllimi (0,5 ştat) Elmi kadr hazırlığı – 3 nəfər elmlər doktoru hazırlığı üzrə məsləhətçi, 4 nəfər fəlsəfə doktoru hazırlığı üzrə elmi rəhbər Yaradıcılıq birliyində fəaliyyəti – 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

İstinadlar

Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Ərəbşünaslar Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri