Belveder 21 (; 2018-ci ilə qədər bina 21- ci ev adlanırdı, 21; 2011-ci ilin noyabrına qədər isə 20-ci ev adlanmış, )— şüşədən və poladdan hazırlanmış ev. Bina 1958-ci ildə arxitektor Karl Şvanser tərəfindən modernizm üslubunda inşa edilmişdir. Bina avstriya pavilyonu kimi ümumdünya sərgisi (Ekspo 58) üçün nəzərdə tutulmuşdur. Tarixi left|thumb|Dörd dirək üzərində duran polad karkas təmirdən sonra. 2009, yanvar.|213x213px 1958-ci ildə Şvanserin bu layihəsi innovativlik və perespektivlik baxımdan «Qran-pri memarlıq» mükafatına layiq görülmüş. (fr. Grand Prix d’Architecture). Şavaner öz layihəsində ən az xərc hesabına maksimal effekt əldə etməyə çalışmışdır. Həqiqətəndə avstriyanın büdcəsi o dövrün Ekspo 58-in iştirakçı dövlətləri ilə müqayisədə yetərincə aşağı idi. Yüngül konstruksiyadan qurulmuş yuxarı mərtəbə 6 metr hündürlükdə yerləşir. Ölçüləri 40х40 metr olan bu hissə dört dirək üzərində qurulmuş və üzən effekt yaradır. Binanın önündə Fris Votruba xüsusi formalı relyefli abidə qurmuş və sərginin ən yaxşı sənət əsəri adına layiq görülmüş.
Sərginin bitməsindən sonra pavilon sökülərək Brüsseldən Landaştras rayonunun isveçrə bağına gətirilmiş. 1962-ci ildə binada Vyana XX əsr muzeyi açılmış. 1979-2001- ci illərdə bina Vyananın müasir sənət muzeyinə məxsus olmuş.Wegweiser zum 21er Haus, gesehen 29. Dezember 2011 Müasir vəziyyəti left|thumb|21-ci ev 2014-cü ildə.|195x195px 2009-2011-ci illərdə bina memar Adolf Krişanisem tərəfindən yenidən bərpa olunmuşdur. (alm.)Jan Tabor: Als Österreich im 20. Jahrhundert angekommen war, in: Wochenzeitung Falter, Wien, Nr. 35 / 2009, S. 21 və 15 noyabr 2011-ci ildən bina Avstriya Belveder sərgisinin saray kompleksinə daxil edilmiş. 2018-ci ildən Belveder 21 adını daşıyır. Bina pavilonunda XX – XIX əsr avstriya sənətkarlarının rəsm əsərləri saxlanılır. Bundan başqa binada Frisa Votrubanın da işləri qorunur. Binada həm də Avstriya federal hakimiyyətinin bədii kitabxanası yerləşir. 2009-2011-ci illərdə həyata keçirilmiş bərpa işləri nəticəsində binanın xarici görünüşü demək olar ki, heç dəyişilmədi. Ancaq binanın iki yeraltı mərtəbəsi yaradıldı. Tavan asbestdən təmizlənmiş, böyük şüşə pəncərələr istilik qoruyucu pəncərələrlə əvəz edildi. Muzeydə Votruba fondunun 500-dən çox daşdan və bürüncdən hazırlanmış eksponat saxlanılır. 2500 rəsm əsəri, 1500 sənəd və 14 yağlı boya rəsmi var. Binada həmçinin uşaq bədii studiyası, bədii ədəbiyyat mağazası, restoran və kinoteatr fəaliyyət göstərir.
İstinadlar