Misir ( [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası () — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın əhali sayına görə 14-cü ölkəsidir.
E.ə. VI–IV minilliklərə qədər uzanan Misir tarixi ən qədim ölkə tarixlərindən biridir. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunur. Sivilizasiyanın beşiyi hesab edilən Qədim Misir yazı, kənd təsərrüfatı, şəhərlər yaranması, din və mərkəzi hökumətin ən erkən növlərinin yarandığı yerdir. Giza piramidaları və onun Böyük Sfinksi, eləcə də Memfis, Teben, Karnak və Krallar vadisi kimi tarixi məkanlar bu irsi əks etdirir və elmi və populyar marağın mühüm mərkəzi olaraq qalır. Misirin qədim və zəngin mədəni irsi onun eyni zamanda Aralıq dənizi, Yaxın Şərq və Şimali Afrikada yerləşən unikal qitələrarası mövqeyini əks etdirən milli kimliyinin ayrılmaz hissəsidir. Misir Xristianlığın erkən və mühüm mərkəzi idi, lakin VII əsrdən etibarən İslam dini yayıldı və digər kiçik miqyaslı inanclarla birlikdə əhəmiyyətli bir xristian azlığına baxmayaraq, əsasən sünni müsəlman ölkəsi olaraq qalır.
Müasir Misir dövləti monarxiya kimi Britaniya imperiyasından ayrılaraq müstəqillik qazandığı 1922-ci ildə yaranmışdır. 1952-ci il inqilabından sonra Misir özünü respublika elan etdi və 1958-ci ildə Suriya ilə birləşərək 1961-ci ildə dağılan Birləşmiş Ərəb Respublikasını yaratdı. XX əsrin ikinci yarısı boyunca Misirdə sosial və dini qarşıdurmalar və siyasi qeyri-sabitlik hökm sürürdü, 1948, 1956, 1967 və 1973-cü illərdə İsrail ilə bir neçə silahlı münaqişə baş verdi və 1967-ci ilə qədər Qəzza zolağını fasilələrlə işğal etdi. Misir 1978-ci ildə Kemp-Devid müqaviləsini imzalayaraq Qəzza zolağından çəkildi və İsraili rəsmən tanıdı. Ölkə siyasi iğtişaşlarla, o cümlədən 2011-ci il inqilabı və onu1n nəticələrinə, terrorizmə və iqtisadi inkişafa qədər problemlərlə üzləşməkdə davam edir. Misirin hazırkı hökuməti, Əbdülfəttah əs-Sisinin başçılıq etdiyi yarı prezident respublikası bir sıra nəzarətçilər tərəfindən avtoritar hakimiyyət kimi təsvir edilmişdir.
Misirin rəsmi dini İslam, rəsmi dili ərəb dilidir. 100 milyondan çox əhalisi olan Misir Şimali Afrika, Yaxın Şərq və Ərəb dünyasında ən sıx məskunlaşılan ölkədir; Afrikada üçüncü (Nigeriya və Efiopiyadan sonra) və dünyada ən çox əhalisi olan on dördüncü ölkədir. Əhalinin böyük əksəriyyəti Nil çayının sahilində, təxminən 40.000 kvadrat kilometrlik ərazidə yaşayır. Misir ərazisinin böyük hissəsini təşkil edən Böyük Səhranın iri bölgələrində əhalinin sayı azdır. Ölkənin sakinlərinin təxminən yarısı şəhər yerlərində yaşayır, əksəriyyəti Qahirənin, İsgəndəriyyənin və Nil deltasındakı digər böyük şəhərlərin sıx məskunlaşılan mərkəzlərinə yayılmışdır.
Misir Şimali Afrika, Yaxın Şərq və İslam dünyasında regional güc, dünya miqyasında isə orta güc hesab edilir. İnkişaf etməkdə olan ölkədir, İnsan İnkişafı İndeksində 128-ci yerdədir. Nominal ÜDM-ə görə dünya üzrə 33-cü ən böyük, Afrika üzrə 3-cü ən böyük və AQP-ə görə dünya üzrə 20-ci ən böyük iqtisadiyyata malikdir. Misir Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı,
Tarix
Qədim Misir thumb|right|Derr məbədinin qalıqları, 1960-cı il|160x160px Nil ətrafı və səhra ərazilərdə petroqliflərə dair sübutlar var. E.ə. X minillikdə ovçuluq-yığıcılıq və balıqçılığı dənli bitkilərin üyüdülməsi əvəz etdi. E.ə. VIII minillikdə baş verən iqlim dəyişikliyi Misirin əkinəyararlı torpaqlarını məhv etdi və Böyük Səhra yarandı. Erkən tayfalar Nil çayına köçərək burada oturaq kənd təsərrüfatı və mərkəzləşdirilmiş cəmiyyətin inkişaf səbəb oldular.Midant-Reynes, Béatrix. The Prehistory of Egypt: From the First Egyptians to the First Kings. Oxford: Blackwell Publishers.
Təxminən e.ə. VI minillikdə Nil vadisində Neolit mədəniyyəti kök saldı. Neolit dövründə Yuxarı və Aşağı Misirdə bir çox predinastik mədəniyyət müstəqil şəkildə inkişaf etmişdi. Badariyan mədəniyyəti və xələfi Neqada Misir sülaləsinin müjdəçisi hesab olunur. Misir heroqliflərinə dair bizə məlum olan ən erkən nümunə e.ə. 3200-cü ilə aid olan Neqadada tapılmış saxsı qabların üzərindəki yazılardır.
thumb|Giza piramidaları yeddi möcüzənin ən qədimi və hələ də mövcud olan tək möcüzəsidir.|left Təqribən e.ə. 3150-ci ildə kral Menes tərəfindən qurulan vahid krallıq Misiri növbəti üç minillikdə idarə edəcək bir sıra sülalələrin yaranmasına şərait yaratdı. Vahid Misirin ilk iki hakim sülaləsi Qədim padşahlıq dövrü üçün zəmin yaratdı, e.ə. 2700–2200-cü illərdə bir neçə ehram, xüsusən də Üçüncü sülalə Coser ehramı və Dördüncü sülalə Giza piramidaları tikilmişdir.
Güclü Nil daşqınları və hökumət sabitliyi Orta padşahlıq dövründə rifah yaratdı, e.ə. 2040-cı il, firon III Amenemhetin hakimiyyəti dövründə bu rifah yüksək həddə çatdı. Bunun ardınca Hiksos işğalçıları gəldi. Hiksoslar e.ə. 1650-ci ildə Aşağı Misirin çox hissəsini ələ keçirdilər və Avarisdə yeni paytaxt qurdular. On səkkizinci sülalənin banisi və paytaxtı Memfisdən Tebenə köçürən I Ahmosun başçılıq etdiyi Yuxarı Misir qüvvələri onları ölkədən qovdu.thumb|Əhəməni ordusunun misirli əsgəri, t. e.ə. 480-ci il. I Kserksin məzar relyefi.|262x262pxTəxminən e.ə. 1550–1070-ci illəri əhatə edən Yeni padşahlıq dövrü Misiri beynəlxalq güc kimi gücləndirən XVIII sülalənin hakimiyyətə gəlməsi ilə başladı. Bu dövr Hatşepsut, III Tutmos, Exnaton və həyat yoldaşı Nefertiti, Tutanxamon və II Ramzes də daxil olmaqla ən məşhur fironların yaşadığı dövrdür. Monoteizmin tarixən təsdiqlənmiş ilk ifadəsi bu dövrdə Atonizm olaraq ortaya çıxdı. Digər xalqlarla aparılan münasibətlər Yeni padşahlığa yeni ideyalar gətirdi. Ölkə daha sonra liviyalılar, nubiyalılar və assuriyalılar tərəfindən işğal və fəth edildi, lakin yerli misirlilər sonradan onları qovdular və öz ölkərində hakimiyyətlərini bərpa etdilər.
Əhəmənilər dövrü E.ə. 525-ci ildə II Kambizin başçılıq etdiyi güclü Əhəməni ordusu Misiri fəth etməyə başladı və nəticədə Peluziy döyüşüdə firon III Psammetix əsir götürdülər. Daha sonra II Kambiz rəsmi olaraq firon titulunu qəbul etdi, lakin Misiri canişininə tapşıraraq, Suzı evindən (müasir İran) Misiri idarə etməyə başladı. E.ə. 525–402-ci illəri əhatən edən İyirmi yeddinci sülalə, III Petubast istisna olmaqla, Əhəməni imperatorlarının firon olmaları və hakimiyyətin farsların əlində olduğu dövr kimi qiymətləndirilir. Farslara qarşı bir sıra qısa müddətli üsyan e.ə. V əsrdə baş verdi, lakin Misir heç vaxt farsları birdəfəlik devirə bilmədi.
Otuzuncu sülalə Fironlar dövründə sonuncu yerli hakim sülalə idi. Eramızdan əvvəl 343-cü ildə sonuncu yerli firon, kral II Nektanebo döyüşdə məğlub olduqdan sonra yenidən farslar hakimiyyəti ələ aldı. Misirin Otuz birinci sülaləsinin hakimiyyəti uzun sürmədi, çünki farslar bir neçə on ildən sonra Makedoniyalı İskəndər tərəfindən devrildilər. İsgəndərin Makedoniya-yunan generalı I Ptolomey Ptolomeylər sülaləsinin əsasını qoydu.
Ptolomeylər və Roma hakimiyyəti
thumb|187x187px|Ptolemey kraliçası VII Kleopatra və oğlu XV Ptolomey, Dendera məbədi Ptolemey krallığı şərqdə Suriyanın cənubuna, qərbdə Kirenaya və cənubda Nubiya ilə sərhədə qədər uzanan güclü ellinistik dövlət idi. İsgəndəriyyə şəhəri paytaxt və Yunan mədəniyyətinin və ticarətinin mərkəzinə çevrildi. Yerli Misir əhalisi tərəfindən tanınmaq üçün özlərini fironların davamçıları adlandırdılar. Sonrakı Ptolemeylər Misir ənənələrini mənimsəmiş, özlərini Misir üslubunda və geyimində ictimai abidələrdə təsvir etmiş və Misirin dini həyatında iştirak etmişlər.
Ptolemeylər sülaləsinin sonuncu hökmdarı, Oktavian İsgəndəriyyəni ələ keçirdikdən və onun muzdlu əsgərləri qaçdıqdan sonra qucağında ölmüş (özü vurduğu bıçaq yarasından) sevgilisi Mark Antoninin dəfn edilməsindən sonra intihar edən VII Kleopatra idi. Ptolemeylər tez-tez istənməyən bir rejimin səbəb olduğu yerli misirlilərin üsyanları ilə üzləşirdilər və krallığın süqutuna və onun Roma tərəfindən işğalına səbəb olan xarici və vətəndaş müharibələrində iştirak edirdilər. Buna baxmayaraq, müsəlmanların fəthindən sonra Misirdə ellinizm mədəniyyəti inkişaf etməyə davam etdi.
Xristianlıq Misirə I əsrdə Evangelist Mark tərəfindən gətirilmişdir. See drop-down essay on "Islamic Conquest and the Ottoman Empire" Diokletianın hakimiyyəti (b.e. 284–305) Misirdə çoxlu sayda Misir xristianlarının təqib edildiyi Roma dövründən Bizans dövrünə keçid ilə səciyyəvidir. Əhdi-cədid o vaxta qədər misir dilinə tərcümə edilmişdi.Kamil, Jill. Coptic Egypt: History and Guide. Cairo: American University in Cairo, 1997. p. 39
Orta əsrlər (VII əsr – 1517) left|thumb|220x220px|Qahirədə yerləşən Əmr ibn As məscidi Afrikadakı ən qədim məscididir. Bizanslılar 602–628-ci illəri əhatə edən Bizans-Sasani müharibəsinin ortasında — VII əsrin əvvəllərində Sasasi işğalından sonra ölkə üzərindəki nəzarəti bərpa etdilər, bu müddət ərzində onlar on il müddətində Sasani Misiri kimi tanınan yeni qısa müddətli əyalət qurdular. Müsəlman ərəblər Misirdə Bizans ordularını məğlub etdikdə İslamı ölkəyə gətirdilər. Bu dövrdə bir müddət misirlilərin yeni inancları ilə yerli inanclar qarışdı və bu bu günə qədər çiçəklənən müxtəlif sufi təriqətlərinin yaranmasına səbəb oldu.
639-cu ildə Əmr ibn Asın komandanlığı altında ikinci xəlifə Ömər tərəfindən Misirə təxminən 4.000 nəfərlik ordu göndərildi. 640-cı ildə onlara əlavə 5.000 döyüşçü qoşuldu və Heliopolis döyüşündə Roma ordusu məğlub edildi. Əmr daha sonra 8 noyabr 641-ci ildə imzalanmış müqavilə ilə təslim olmuş İsgəndəriyyə istiqamətində hərəkət etdi. İsgəndəriyyə 645-ci ildə Bizans imperiyasına qaytarıldı, lakin 646-cı ildə Əmr tərəfindən geri alındı. 654-cü ildə II Konstantın göndərdiyi qoşun dəf edildi. O vaxtdan sonra Bizans romalıları ölkəni yenidən ələ keçirmək üçün ciddi səy göstərmədilər.
Ərəblər Misirin Fustat adlı paytaxtını qurdular, şəhər sonralar Səlib yürüşləri zamanı yandırıldı. Qahirə daha sonra 986-cı ildə Ərəb xilafətinin ən böyük və ən zəngin şəhəri olmaq üçün tikildi, Bağdaddan sonra ikinci və dünyanın ən böyük və ən zəngin şəhərlərindən birinə çevrildi.
Abbasilər dövrü thumb|192x192px|Qahirədə Əhməd ibn Tulunun İbn Tulun məscidi Abbasilər dövrü yeni vergilərlə yadda qaldı və Koptlar Abbasilərin hakimiyyətinin dördüncü ilində yenidən üsyan qaldırdılar. IX əsrin əvvəllərində Misiri qubernator vasitəsilə idarə etmək təcrübəsi Bağdadda yaşamağa qərar verən və Misirə naib göndərən Abudllah ibn Tahir tərəfindən bərpa edildi. 828-ci ildə başqa bir Misir üsyanı başladı və 831-ci ildə Koptlar yerli müsəlmanlarla birlikdə hökumətə qarşı çıxdılar. Abbasilərin zəiflədiyi bir dövrdə Misirdə Ağşidlər (868–905) və Tulunoğulları (935–969) dövlətləri quruldu.
Fatimilər, Əyyubilər və Məmlüklər thumb|190x190px|Altıncı xəlifə Əl-Həkimin Qahirədəki Əl-Həkim məscidi Müsəlman hökmdarları sonrakı altı əsr ərzində Misiri nəzarətləri altında saxladılar və Qahirə Fatimilər xilafətinin mərkəzi oldu. Əyyubilər sülaləsinin hakimiyyətinin sona çatması ilə türk-adıqlardan təşkil olunmuş Məmlüklər təxminən 1250-ci ildə hakimiyyəti ələ keçirdilər. Misir XIII əsrin sonlarında Qırmızı dəniz, Hindistan, Malaya və Şərqi Hindistanı birləşdirdi. XIV əsrin ortalarında yayılan Qara ölüm ölkə əhalisinin təqribən 40%-nin ölümünə səbəb oldu.
Yeni dövr: Osmanlı hakimiyyəti (1517–1867)
thumb|190x190px|Napoleon 21 iyul 1798-ci ildə Piramidalar döyüşündə Məmlükləri məğlub etdi.