Zabitlər evi () – Tbilisi şəhərində, Rustaveli prospekti 16 ünvanında yerləşən tarix-memarlıq abidəsi.
Tarixi
Neoklassik üzlublu Zabitlər evi binası 1916-cı ildə memar David Çisliyevin layihəsi əsasında inşa edilmişdir. Binanın interyerlərinin həll olunmasında məşhur Gürcüstan heykəltəraşı Yakov Nikoladze də iştirak etmişdir. Həmçinin binaın üçüncü mərtəbəsinin künc eyvanını bəzətən kariatidlər də onun tərəfindən hazırlanmışdır.
1918-ci ildə binanın zirzəmisində yaradılmış tarixi “Arqonavtlar qayığı” () kafesi gürcü rəssamlarının görüş yerinə çevrilmiş, Kirill Zdaneviç, Lado Qudiaşvili, Aleksandr Bajbeuk-Melikov kimi sənətkarlar tez-tez burda göüşmüşlər.
Hazırda binada Galleria TMS və “Erisoni” Dövlət Akademik Gürcü Xalq Mahnı və Rəqs Ansanblı gəaliyyət göstərir.
Maraqlı faktlar
Şahmat üzrə dünya çempionu Tiqran Petrosyan uşaqlıq illərində - 1929-1946-cı illərdə bu binada yaşamışdır. Binanın üzərində idmançının xatirəsini əbədiləşdirən xatirə lövhəsi vurulmuşdur. İstinadlar
Ədəbiyyat «საქართველოს ძველი ქალაქები: თბილისი», 2006 წელი, ISBN 99940-0-923-0
Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:Tbilisi tarixi Kateqoriya:Tbilisi tikililəri Kateqoriya:Rustaveli prospekti