thumb|I Şapurun Kəbə-ye Zərdüştdəki kitabəsi (təxminən 262-ci il), Ērānšahr və Ērān vurğulanmışdır. İran sözü, ilk dəfə Nəqşi-Rüstəmdəki I Ərdəşirin qabartmalı yazılarında Orta farscada Ērān, Pəhləvicə ʼyrʼn sözlərindən əmələ gəlmişdir. Burada Orta Farscadakı yazılarda müşahidə edilən Parf dilindəki yazıda kral üçün ardašīr šāhān šāh aryān (Pahlavi: ... ʼryʼn) ifadəsi istifadə edilərkən, kralın Orta Farscadakı yazılardakı adı ardašīr šāhān šāh ērāndır.
Coğrafi mənada, Ērān, əsasən müxtəlif İran xalqlarının yaşamadığı torpaqları da əhatə etməsinə baxmayaraq, Sasani imperiyasının üstünlük verilən endonimi olan Ērānšahrdan da fərqlənirdi..
"İranlılar" termini qədim mətnlərdə müxtəlif variasiyalarla rast gəlinir. Buraya arioi (herodot), arianē (eratosthenes apud strabo), áreion (rodoslu eudemus apud damascius), yunanca arianoi (diodorus siculus) və ermənicə ari daxildir; bunlar da öz növbəsində iran formalarından gəlir: qədim farsca ariya, avestanca airya, baktriyaca ariao, parfiyada ary və orta farsca ēr..
"Ērānīg" Sasanilər dövründə (224–651) Orta Fars dilini təsvir etmək üçün istifadə olunan bir termindir. "Ērān" ("İran, iranlılar") kökündən törəyən bu söz "İrana, İran dilinə mənsub olmaq" mənasını verir.Prods Oktor Skjærvø, “Middle Persian.” Encyclopaedia Iranica, Vol. X, Fasc. 1, 2000, s 5–7. Xüsusilə rəsmi yazılarda olan bu ifadə, Sasanilərin özlərini etnik və mədəni cəhətdən "İranlı" kimi təyin etdiklərini göstərir.Gherardo_Gnoli – “Ērān, Ērānšahr”, Encyclopaedia Iranica, s. 519–523.
Bu termin ən aydın şəkildə baş kahin Kartirin Kəbə-i Zərdüşt kitabəsində görünür. Burada Kartir "ērānīg ud anērānīg" ("iranlıların və qeyri-iranlıların dili") ifadəsini işlədir.Gherardo_Gnoli – “Ērān, Ērānšahr”, Encyclopaedia Iranica, s. 520 Bundan əlavə, I Şapurun çoxdilli kitabəsi Orta Fars dilinin imperiyanın əsas dövlət dili olduğunu və Ērānšahr ("İran torpağı") anlayışı ilə birlikdə siyasi kimlik formalaşdırdığını göstərir.Touraj_Daryaee, Sasanian Persia: The Rise and Fall of an Empire. I.B. Tauris, 2009. – s. 21–23.Gherardo Gnoli – “Ērān, Ērānšahr”, Encyclopaedia Iranica, s. 519-523
ērānīg termini: Sasanilər dövründə İran kimliyinin şüurlu şəkildə yenidən təyin olunmasını göstərən ən vacib epiqrafik dəlillərdən biridir və dil, kimlik və dövlət ideologiyası arasındakı əlaqəni əks etdirir.Richard_N._Frye – The Heritage of Persia, s. 287–291.Maria Macuch, Handbook of Pahlavi Literature. The Persian Heritage Foundation / Reichert Verlag, 2011, s. 1–4.
Həmçinin bax
Məmaliki-Məhrusəyi-İran
İstinadlar
Kateqoriya:İran Kateqoriya:Fars dilində sözlər və ifadələr Kateqoriya:İran tarixi Kateqoriya:Zərdüştçülük Kateqoriya:Fars mifologiyası Kateqoriya:Ölkə adlarının etimologiyası Kateqoriya:Sasanilər imperiyası