Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) () — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı.Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR) . qaynarinfo.az, 22.04.2019
Ailəsi Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar.
İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var.
Şəxsi həyatı Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur.
O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub.
İstinadlar
Kateqoriya:Krivoy Roqda doğulanlar Kateqoriya:Ukraynanın birinci xanımları