thumb|234x234px|SSRİ politbürosu tərəfindən qəbul edilən 346 nömrəli qətnamə Politbüro () — siyasi büronun qısaldılmış forması. SSRİ tarixində kommunist partiyanın, siyasətləri müəyyənləşdirən ən ali qərar orqanı. Rusiyada 1917-ci il Oktyabr İnqilabından sonra dövlət hakimiyyəti üzərində tətbiq etdiyi senzura 1991-ci ildə SSRİ-nin dağılması ilə sona çatmış, sonra varlığı faktiki olaraq sona çatmışdır."What is Politburo?" . Merriam-webster.com. 31 avqust 2012. İstifadə tarixi: 16 iyun 2014

Rusiyada ilk Siyasi Büro 1917-ci ilin oktyabr ayının sonlarında Bolşevik Partiyası Mərkəzi Komitəsi tərəfindən hazırlanan qiyam zamanı fasiləsiz və çevik bir idarəetmə mexanizmini təmin etmək məqsədilə yaradılıb. Bu siyasi büronun yeddi üzvü arasında Vladimir Lenin, Lev Trotski və İosif Stalin də var idi. Bolşevik üsyanının müvəffəqiyyət qazanması Siyasi Büronun dağılmasına gətirib çıxardı. Mart 1919-cu ildəki VIII Partiya Konqresi, Mərkəz Komitəsinə öz üzvləri arasından beş nəfərlik yeni bir Siyasi Büronun seçmə tapşırığını verdi. Bu orqanın rəsmi vəzifə, Mərkəz Komitəsinin növbəti sessiyalarını gözləyə bilməyəcək qədər təxirəsalınmaz problemlər barəsində qərara gəlmək. Çox keçmədən partiya və dövlət rəhbərliyində mühüm mövqe üzərinə götürən Siyasi Büronun, vəzifə baxımından Mərkəz Komitəsini kölgədə qoydu."USSR: Communist Party: Politburo ". Archontology.org. İstifadə tarixi: 16 iyun 2014

Sovet İttifaqı Kommunist Partiyasında (Sov.İKP) gündəliyi hazırlayan, müzakirə ediləcək məsələlərlə bağlı sənədləri təmin edən və Siyasi Büronun qərarlarını alt pillələrə ötürən orqan partiya katibliyi olmuşdur. Bu səbəbdən Sov.İKP baş katibi Siyasi Büronun ən təsirli üzvlərindən birinə çevrildi. Bu məqamı əlində tutan Stalin, Leninin 1942-ci ildə ölümünü izləyən hakimiyyət mübarizəsinin ardından Siyasi Büronun üzərində nəzarətçi bir mövqe əldə etdi və bu orqanla yanaşı, bir bütün olaraq partiya də qəti suverenliyi də əlinin altına aldı."Politburo (Soviet political body) – Encyclopædia Britannica ". Britannica.com. 24 aprel 2013. İstifadə tarixi: 16 iyun 2014

Siyasi büro 1952-ci ildə qaldırıldı və əvəzinə, üzv sayı daha çox olan Mərkəzi Komitəsi Rəyasət Heyəti gətirildi.Dmitri Volkonov, Lenin. A New Biography, tərcümə və redaktəsi Harold Şukman (New York: The Free Press, 1994), səh. 185.

Adın tarixçəsi "Politburo" termini Azərbaycan dilinə, Rus sözü olan "Политбюро"-dan gəlir. Termin, ispanca Politburó Rus dilindən olduğu kimi köçürülüb, Alman dilində isə Politbüro olaraq yazılır. Həmçinin bu söz Viyetnamca (Bộ Chính trị), Koreyaca isə (정치국, 政治局 Jeongchiguk) kimi yazılır və tələffüz edilir."A List of Current Communist Countries ". Geographyabout.com. 29 may 2014. İstifadə tarixi: 16 iyun 2014

İstinadlar Kateqoriya:SSRİ tarixi Kateqoriya:Sosialist partiyaları Kateqoriya:Kommunist partiyaları Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Sovet frazeologiyası Kateqoriya:Siyasət Kateqoriya:Yuqoslaviya tarixi Kateqoriya:Politologiya terminologiyası