Çernobıl () — rejissorluğunu Yohan Renkin, ssenaristliyini isə Kreyq Mazinin etdiyi beşseriyalı Birləşmiş Krallıq və ABŞ tarixi dram televiziya miniserialı. Miniserial 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-nin Pripyat şəhərindəki Çernobıl AES-də baş vermiş faciəni və daha sonra gerçəkləşən tayı-bərabəri olmayan təmizləmə işlərini təsvir edir. Miniserialın aktyor heyəti müxtəlif Avropa ölkələrindən olan aktyorlardan təşkil olunub, baş rolları Cared Harris, Stellan Skarsqord, Emili Uotson və Pol Ritter canlandırır.

Miniserial ABŞ-nin "HBO" telekanalı və Birləşmiş Krallığın "Sky" şəbəkəsi tərəfindən birgə istehsal edilmişdir. Miniserialın ilk epizodu 6 may 2019-cu il tarixində ABŞ-də, 7 may 2019-cu il tarixində isə Birləşmiş Krallıqda yayımlanmışdır. Miniserial həm Birləşmiş Krallıq, həm də ABŞ tənqidçiləri tərəfindən çox təriflənmişdir.

Miniserialın hər yeni epizodu "HBO" telekanalında yayımlanan zaman miniserial üçün hazırlanmış podkastın da yeni epizodları yayımlanırdı. Podkast Mazin ilə "National Public Radio" radiostansiyasının "Wait Wait... Don't Tell Me!" verilişinin aparıcısı Piter Saqal arasındakı söhbətdən ibarət idi.

Məzmun "Çernobıl" miniserialı "bəşəriyyat tarixindəki ən bərbad süni fəlakətlərdən birinin gerçək hekayəsini" dramatikləşdirir və "Avropanı təsəvvür edilə bilməyən bir fəlakətdən xilas etmək üçün özlərini qurban verən cəsur kişi və qadınlardan" bəhs edir. Miniserial diqqət mərkəzində 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-də gerçəkləşən atom elektrik stansiyası fəlakətinin kədərləndirici əhatəsidir. Miniserial fəlakətin necə və niyə gerçəkləşdiyini nümayiş etdirir.

Miniserialın əksər qismi Pripyat şəhər sakinlərinin xatirələrinə, eləcə də Belarus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Çernobıl duaları" əsərinə əsaslanır.

Rollarda Baş Cared Harris Valeri Leqasov, İ. Kurçatov adına Atom Enerjisi İnstitutunun direktor müavini və Çernobıl fəlakətinin qarşısının alınması üçün fövqəladə hallar üzrə hökumət komissiyasının üzvü. Stellan Skarsqord Boris Şerbina, SSRİ Nazirlər Sovetinin sədr müavini və Nazirlər Sovetinin Yanacaq və Enerji Komitəsinin rəhbəri, fövqəladə hallar üzrə hökumət komissiyasının rəhbəri. Emili Uotson Ulyana Xomyuk, Belorusiya SSR Elmlər Akademiyasının Nüvə Enerji İnstitutu alimi, fövqəladə hallar üzrə hökumət komissiyasının üzvü. Xomyuk uydurma bir mürəkkəb personajdır. Uotsonun dediklərinə görə, o, "bu vəziyyəti həll etmək üçün qorxmadan çalışan və özlərini böyük təhlükəyə atan çoxlu alimləri təmsil edir". Pol Ritter Anatoli Dyatlov, Çernobıl AES-nin fəaliyyəti üzrə baş mühəndis müavini. Cessi Bakli Lyudmila İqnatenko, Vasili İqnatenkonun həyat yoldaşı. Adam Naqayti Vasili İqnatenko, 25 yaşlı yanğınsöndürən, 6 nömrəli müstəqil hərbiləşdirilmiş yanğın şöbəsinin (MHYŞ-6) komandiri, Pripyat sakini. Kon O'Nil Viktor Bryuxanov, Çernobıl AES-nın direktoru. Adrian Roulins Nikolay Fomin, Çernobıl AES-nın baş mühəndisi. Sem Troton Aleksandr Akimov, 4 nömrəli reaktorun gecə növbəsi heyətinin supervayzeri. Robert Emms Leonid Toptunov, reaktora nəzarət üzrə baş mühəndis. David Densik Mixail Qorbaçov, Sov.İKP MK Baş Katibi. Mark Lüis Cons general-polkovnik Vladimir Pikalov, SSRİ Silahlı Qüvvələrinin Kimyəvi Qüvvələrinin komandiri. Alan Vilyams Çarkov, uydurma personaj, KQB-nin sədr müavini. Aleks Ferns Andrey Qluxov, mədən işçiləri heyətinin briqadiri. Ralf Ayneson general-mayor Nikolay Tarakanov, likvidator birliklərinin komandiri. Barri Keoqan Pol, likvidator kimi xidmət göstərməyə çağırılan vətəndaş. Fares Fares Baço, SSRİ Silahlı Qüvvələrinin gürcüstanlı əsgəri. Maykl MakElhatton Andrey Stepaşin, Dyatlov, Bryuxanov və Fominin məhkəməsinin prokuroru.

Qayıdan Adam Lundqren Vyaçeslav Brajnik, baş turbin operatoru. Karl Deyvis Viktor Proskuryakov Donald Sampter Jarkov, Pripyat Şəhər İcra Komitəsinin üzvü. Billi Postletueyt Boris Stolyarçuk, 4 nömrəli bölmə nəzarət üzrə baş mühəndis. Nadiya Klifford Svetlana Zinçenko, Vasili İqnatenko və radiasiya xəstəliyindən əziyyət çəkən digər şəxslərin müalicə edən həkim. Ceymi Sives Anatoli Sitnikov, partlamış reaktora baxış keçirmək üçün Çernobıla göndərilən fizik. Baltazar Breki Samper Aleksey Ananenko, Çernobıl AES-in zirzəmisindəki suyu qurudan könüllülərdən biri. Filipp Barantini Valeri Bezpalov, Çernobıl AES-in zirzəmisindəki suyu qurudan könüllülərdən biri. Oskar Giz Boris Baranov, Çernobıl AES-in zirzəmisindəki suyu qurudan könüllülərdən biri.

Qonaq Cey Simpson Valeri Perevozçenko, reaktor bölməsində briqadir. Maykl Kolqan Mixail Şadov, SSRİ Kömür Sənayesi Naziri. Ceyms Kozmo mədən işçisi. Hilton MakRey Milan Kadnikov, Dyatlov, Bryuxanov və Fominin məhkəməsinin hakimi. Kiran O'Brayen Valeri Xodemçuk, Çernobıl AES-in gecə növbəsinin baş sirkulyasiya nasosu operatoru.

Epizodlar

İstehsal

İnkişaf Ssenarist Kreyq Mazin 2014-cü ildə Sovet İttifaqı daxilindən və xaricindən olan kitab və hökumət sənədlərini oxuyaraq layihə üçün araşdırma aparmağa başlamışdır. Mazin həmçinin, reaktorun necə işlədiyini öyrənmək üçün nüvə alimlərindən və 1986-cı ildə Ukrayna cəmiyyətini öyrənmək üçün keçmiş sovet vətəndaşlarından müsahibə almışdır. Əlavə olaraq, Mazin hekayəni doğruluqla təmin etmək üçün birinci şəxsdən yazılmış bir neçə mənbəni oxumuşdur. O, demişdir: "Hekayə orada olan insanların   stansiyanın yaxınlıqlarında yaşayan insanların, stansiyada işləyən insanların, təmizlik işləri üçün Çernobıla göndərilən insanların şəxsi hekayələrini oxuyanda, həmin fərdi mənbələrdə canlandı".

Mazinin miniserialı yaratmağa olan marağı "hal-hazırda həqiqətə açılan qlobal müharibə ilə necə mübarizə apardığımızı" xitab edəcək bir şey yazmaq qərarına gəlməsiylə yaranmışdır. Digər bir ilham mənbəyi onun Çernobıl AES-in partladığını bilməsi, lakin niyə partladığını bilməməsidir. O, "Bilmirdim niyə. Fikirləşdim ki, mənim biliyimdə anlaşılmayan bir boşluq var … Buna görə də mən onun haqda oxumağa başladım, sadəcə bu çox quru, intellektual maraq. Baxmayaraq ki, partlayışın hekayəsi heyranedicidir və bunun niyə və necə baş verdiyini açıq-aydın bilirik, aşkar etdiklərim arasında məni zəbt edən bunu yaşayan və qorxuducu və getdikcə pisləşən ehtimallara baxmayaraq, sevdikləri insanları, öz həmvətənlərini və bir qitəni xilas etmək üçün əziyyət çəkmiş və özünü qurban vermiş insanların ağıla sığmayan hekayələri idi. Bu mənə çox təsir etmişdi. Elə bil ki, insanların əslində o qədər də təsvir etmədiyi yeni bir müharibəni kəşf etdim və bu məni dəli edirdi".

Miniseriala hazırlıq olaraq, Mazin Çernobıl AES uzaqlaşdırma zonasını ziyarət etmişdir. Mazin ilkin mərhələlərdə belə qərara gəlmişdir ki, aktyorlar rus və ukrayn aksentlərindən istifadə etməyəcək, onun yerinə öz doğma aksentlərindən istifadə edəcəklər. Mazin bu haqda demişdir: "Bizim ilk fikirləşdiriymiz şey o olmuşdur ki, biz Boris və Nataşa klişe aksentlərindən istifadə etməyək, çünki rus aksenti tez bir şəkildə gülməli ola bilər. İlkin olaraq, fikirləşdik ki, insanlar anlaşılmayan o qədər də güclü +yox, ancaq diqqət çəkən bir Şərqi Avropa aksenti ilə danışsınlar. Bizim tapdığımız şey aktyorların aksentlərin rolunu aparacaqları oldu. Onlar rol aparmayacaqlar, onlar aksentlərin rolunu aparacaqlar və biz bu insanlar haqda sevdiymiz hər şeyi itirəcəkdik. Düzünü desəm, mənim fikrimcə ola bilsin bir və ya iki qulaqasmadan sonra biz dedik ki, yaxşı yeni qayda var. Biz artıq onu etmirik". Mazin həmçinin, heç bir amerikalı aktyora rol verməmişdir, çünki bunun tamaşıçıları hekayədən uzaqlaşdırma ehtimalı var idi.

26 iyul 2017-ci il tarixində "HBO" teleşirkəti "Sky UK" ilə ilk birgə layihəsi olan "Çernobıl" teleserialını üzrə işlərin aparıldığını təsdiqləmişdir. Beşseriyalı miniserialın ssenaristliyini Kreyq Mazinin, rejissorluğunu isə Yohan Renkin edəcəyi bəyan edilmişdir. Mazinin həmçinin, Kerolin Ştraus və Ceyn Fezerstoun ilə birlikdə miniserialın icraedici prodüseri, Kris Fray və Renkin isə köməkçi icraedici prodüser olacağı açıqlanmışdır. 11 mart 2019-cu il tarixində miniserialın ilk yayım tarixi 6 may 2019-cu il olacağı açıqlanmışdır.

4 iyun 2019-cu il tarixində Kreyq Mazin bütün epizodların orijinal ssenariləri Con Oqastın rəsmi veb-saytında PDF faylı olaraq mövcud olduğunu açıqlamışdır.

Kastinq Teleserialın ilkin anonsu ilə eyni zamanda Cared Harrisin teleserialda rol alacağı təsdiqlənmişdir. 19 mart 2018-ci ildə Stellan Skarsqord və Emili Uotsonun əsas aktyor heyətinə qoşulacağı açıqlanmışdır. 2018-ci ilin may ayında Pol Ritter, Cessi Bakli, Adrian Roulins və Kon O'Nilin aktyor heyətinə qoşulduğu açıqlanmışdır.

Çəkilişlər Başlıca fotoqrafiya 2018-ci ilin aprel ayında Litvada başlamışdır. İlkin çəkilişlərə 13 may 2018-ci il tarixində, sovet ab-havasını saxladığına görə Ukraynanın Pripyat şəhərini təsvir etmək üçün istifadə olunan Litvanın paytaxtı Vilnüs şəhərinin Fabiyonişkes rayonunda start verilmişdir. Xruşovkalarla dolu rayon evakuasiya səhnələri üçün istifadə edilmişdir. Rejissor Yohan Renk xruşovkalardakı müxtəlif və diqqəti çəkən müasir pəncərələrə görə kəskin şəkildə tənqid edilmiş, ancaq onları post-prodakşnda ləğv etməyə maraq göstərməmişdir. Mart ayının sonunda çəkiliş komandası nüvə reaktorunun vizual bənzərliyinə görə bəzən "Çernobılın bacısı" adlandırılan və fəaliyyətinə son qoyulmuş bir atom elektrik stansiyası olan İqnalina AES-in daxili və xaricini çəkmək üçün Litvanın Visaqinas şəhərinə daşınmışdır. 2018-ci ilin iyun ayında çəkiliş komandası kiçik final səhnələrini çəkmək üçün Ukraynaya daşınmışdır. "Çernobıl" miniserialının çəkilişləri 16 həftə davam etmişdir.

Qəbul

Tənqidçilərin mövqeyi "Çernobıl" tənqidçilərdən çoxlu təriflər almışdır. "Rotten Tomatoes" saytında 59 gözdən keçirməyə əsaslanaraq ortalama 10 xaldan 8.84 xal ilə 95% təqdir edilmə dərəcəsi var. Saytın tənqidi konsensusunda yazılmışdır: "Çernobıl heç bir dağılmayan ürpədici bir qorxu ilə bağlanır, mükəmməl iş və institusional çürümənin ağıllı təhlili ilə bir milli faciəni dramatikləşdirir". "Metacritic" saytında 26 gözdən keçirməyə əsaslanaraq 100 xalda 83 xal ilə "qlobal təqdir" əldə etmişdir.

"The Atlantic", "The Washington Post" və "BBC" mütəxəssisləri teleserialın dövrün cəmiyyətinin paralellərini diqqət mərkəzini məlumatın gücünə və adamaldadan rəhbərlərin necə istəmədən dərk etdiklərindən xaricdə səhvlər etməsinə çevirərək müvəffəqiyyətlə qurduğunu qeyd etmişdir. "The Atlantic" jurnalının mütəxəssisi Sofi Gilbert teleserialı "həqiqətin qiymətdən salınmasının itkisinin kədərli tədqiqatı" oldunu bildirmişdir. "The Washington Post" əməkdaşı Henk Stüver teleserialı "yalan danışmaq standart olduğu və hakimiyyətdən sui-istifadə edildiyi zaman nə olacağını" göstərdiyini görə tərifləmişdir.

Reytinqlər

Qeydlər

İstinadlar

Xarici keçdilər

Kateqoriya:2019-cu ildə başlayan ABŞ teleserialları Kateqoriya:2019-cu ildə başlayan Böyük Britaniya teleserialları Kateqoriya:ABŞ miniserialları Kateqoriya:Böyük Britaniya miniserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:HBO telekanalının şouları Kateqoriya:Çernobıl faciəsi Kateqoriya:Dram teleserialları Kateqoriya:Moskva haqqında teleseriallar Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:HBO orijinal proqramları Kateqoriya:HBO televiziya dramları Kateqoriya:Home Box Office teleserialları Kateqoriya:Uydurmada SSRİ Kateqoriya:Pibodi mükafatı qazanan televiziya proqramları