Valentina Popova (; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu. SSRİ əməkdar idman ustası (1984).
Karyerası Oyunçu Valentina Popova karyerasına Azərbaycanda başlayıb. Sumqayıt tennis məktəbinin yetirməsidir. 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib.
1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib.
Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur.
Məşqçi Hazırda qadınlardan ibarət stolüstü tennis üzrə Slovakiya yığma komandasının məşqçisidir.
Şəxsi həyatı 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1985-ci ildə ailə həyatı qurub. Bir oğlu var.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Tabletennis.guide saytında profili Sports-reference.com saytında profili
Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Stolüstü tennisçilər 1988 Yay Olimpiya Oyunlarında Kateqoriya:Stolüstü tennisçilər 1992 Yay Olimpiya Oyunlarında Kateqoriya:Stolüstü tennisçilər 1996 Yay Olimpiya Oyunlarında Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Sovet İttifaqının olimpiya stolüstü tennisçiləri