1969 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 14-cü Avroviziya Mahnı Müsabiqəsidir. Massielin ifa etdiyi "La, la, la" mahnısı ilə 1968 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1969-cu ildə İspaniya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Madrid şəhərində Teatro Real arenasında keçirilmişdir. Müsabiqə 1969-cu ilin 29 mart tarixində baş tutmuşdur.

Həmin dövrdə İspaniyada hökm sürən diktator rejiminə etiraz olaraq Avstriya ölkədə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. 16 ölkənin iştirak etdiyi Avroviziya 1969-da dörd ölkə (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) hər biri səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi. Nəticə olaraq, gecənin sonunda hər bir dörd ölkənin təmsilçiləri qalib elan edilmişdirlər. Əgər həmin ildə Avroviziyada bərabərlik qaydası olsaydı, yalnız Fransa müsabiqənin qalibi olmalı idi.

Bu Fransanın Avroviziyada dördüncü, Niderlandın üçüncü, Böyük Britaniya və ev sahibi İspaniyanın isə Avroviziyada ikinci qalibiyyətləri idi. Avroviziya 1969-un digər yadda qalan məqamlarından biri isə dünyaca məşhur rəssam və heykəltaraş Salvador Dalinin xüsusi ilə müsabiqə üçün hazırladığı metal heykəlin final səhnəsinin bir hissəsi olması idi. Salvador Dali eyni zamanda müsabiqənin reklam işləri ilə də şəxsən məşğul olmuşdur.

Final Müsabiqədə Monakonu təmsil edən müğənni Jan Jakın cəmi 12 yaşı var idi.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 Xorvatca İvan və 4M "Pozdrav Svijetu" Dünyaya salamlar 13 5 02 Fransızca Romual "Catherine" Ketrin 11 7 03 İspanca Salome "Vivo cantando" Oxuyaraq yaşayıram 1 18 04 Fransızca Jan Jak "Maman, maman" Ana, ana 6 11 05 İngiliscə Mariel Dey "The Wages of Love" Sevginin hesabları 7 10 06 İtalyanca İva Canikki "Due grosse lacrime bianche" İki böyük ağ gözyaşı 13 5 07 İngiliscə Lulu "Boom Bang-a-Bang" Bum Banq-Banq 1 18 08 Niderlandca Lenni Kür "De troubadour" Musiqi adamı 1 18 09 İsveçcə Tommi Körberq "Judy Min Vän" Cudi, mənim dostum 9 8 10 Niderlandca Lui Nefs "Jennifer Jennings" Cennifer Cenninqs 7 10 11 Almanca Paola Del Mediko "Bonjour, Bonjour" Salam, salam 5 13 12 Norveçcə Kirsti Sparboe "Oj, oj, oj, så glad jeg skal bli" Oy, oy, oy, necə də xoşbəxt olacağam 16 1 13 Almanca Siv Malmkvist "Primaballerina" Balerina 9 8 14 Fransızca Frida Bokkara "Un jour, un enfant" Bir gün, bir uşaq 1 18 15 Portuqalca Simone de Oliveyra "Desfolhada portuguesa" Müqəvvasız Portuqaliya 15 4 16 Fincə Yarkko və Laura "Kuin silloin ennen" O vaxtdakı kimi 12 6

Nəticələr Səsvermə nəticələri Cəmi Yuqoslaviya 5 1 1 3 Lüksemburq 7 1 3 1 1 1 İspaniya 18 1 2 3 1 3 1 3 2 2 Monako 11 2 4 2 2 1 İrlandiya 10 1 1 1 3 1 3 İtaliya 5 1 1 1 1 1 Böyük Britaniya 18 2 4 3 1 5 1 1 1 Niderland 18 2 1 3 1 4 1 6 İsveç 8 1 3 1 3 Belçika 10 2 3 1 2 2 İsveçrə 13 2 3 2 1 1 2 2 Norveç 1 1 Almaniya 8 3 2 1 1 1 Fransa 18 1 2 4 4 2 1 1 1 2 Portuqaliya 4 2 1 1 Finlandiya 6 1 1 1 1 1 1

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1969-cu ildə İspaniya