Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, ; ) — başqırd şairəsi, yazıçısı və dramaturqu.

Həyatı Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur.

1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır.

1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır.

Xatirəsi Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.

İstinadlar

Xarici keçidlər Статья в Башкортостан: Краткая энциклопедия О бурзянских корнях башкирской писательницы Хадии Давлетшиной Художественно-публицистический фильм "Хадия"- режиссёр Ренат Нуруллин

Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Başqırdlar Kateqoriya:Başqırd yazıçılar Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Salavat Yulaev adına mükafat laureatları Kateqoriya:SSRİ şairləri