Aloiza Paşkeviç (tam adı: Aloiza Paşkeviç, ; ) — Belarus şairəsi və Belarusun milli-demokratik dirçəlişinin siyasi fəalı.Пашкевіч (Цётка) Алаіза Сцяпанаўна. spadchyna.netАлаіза Пашкевіч (Цётка) (15.7.1876, фальварак Пешчын (цяпер Шчучынскі раён) — 17.2.1916, вёска Стары Двор (Шчучынскі раён)) . svaboda.org (14 July 2006)

Həyat və fəaliyyəti Aloiza Paşkeviç zəngin və əsil-nəcabətli ailədə anadan olmuşdur. Vilnüs Özəl Məktəbinin məzunudur. Sankt-Peterburqa köçdükdən sonra 1902-ci ildə Aleksandria Qızlar Gimnaziyasını bitirmiş və 1902–1904-cü illərdə fiziki tərbiyə müəllimliyi ixtisasından məzun olmuşdur.

Paşkeviç Belarus Sosialist Məclisinin yaradıcılarından biridir. 1904-cü ildə o, müəllimliyi buraxır və Vilnüsə qayıdır. O, işçi qruplarını təşkil edir, hökumət əleyhinə müraciətlər yazır və təbliğ edir, müzakirələrdə və siyasi görüşlərdə iştirak edirdi. Siyasi fəallığına görə o zamanlar Avstriya-Macarıstan İmperiyasının tərkibinə daxil olan Qalisiyaya immiqrasiya etməyə məcbur edilir. Lvivdə yaşayır. Paşkeviç Lviv Universitetinin Fəlsəfə fakültəsində tələbə kimi ödənişsiz dərs deməyə başladı. 1906-cı ildə Jovkvada iki poemasını — Хрэст на свабоду və Скрыпка беларуская əsərlərini dərc etdirir. Həmin vaxt qeyri-qanuni Vilnüsə səfər edir və burada Nasha Dola qəzetinin nəşr edilməsində iştirak edir. Qəzetin ilk buraxılışına Qanlı pəncələr and içir hekayəsi də daxil edilmişdi.

1908–1909-cu illərdə Krakovda yaşamış Paşkeviç Yagellon Universitetinin humanitar elmlər fakültəsində təhsil almışdır. 1911-ci ildə Litvalı mühəndis və sosial demokratiya fəalı Styaponas Kayrislə ailə həyatı qurmuşdur. Həmin il Belarusa qayıtmış və milli təhsil hərəkatlarına qoşulmuşdu. Belarusun müxtəlif yerlərində Bayniçki teatrı ilə birgə çıxış etmişdi. O, həm də Łučynka adlı uşaq və yeniyetmələr üçün Belarus jurnalının yaradıcısı və ilk redaktorudur.

Birinci Dünya müharibəsi dövründə Vilnüsdə hərbi hospitalda xeyriyyə bacısı kimi işləmişdir. 1916-cı ilin əvvəlində valideynlərini ziyarət etmiş və yatalaq xəstələrinə kömək etmişdir. O, özü də bu xəstəliyə tutulmuş və 5 fevral 1916-cı ildə vəfat etmişdir.

Məşhur əsərləri Belarus skripkası Sizə, qonşular Yay Düşüncələrim Belorusun inancı Kişilər dəyişmir Məzarlıqda Digər tərəfdə Payız Sənətçi Qrayka Azadlığa keçid Dəniz Yaxşı xəbər Üsyançı Afişa ilə Yeni il ərəfəsində Meşə

İstinadlar

Xarici keçidlər

Aloiza Paşkeviçin 130 illiyinə (tərcümeyi-hal, biblioqrafiya) Tsyotka "Belarus yazıçıları" saytında Aloiza Paşkeviçin 130 illiyinə İmmiqrasiya illərində Aloiza Paşkeviçin həyatı

Kateqoriya:Belarus şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Belarus aktivistləri Kateqoriya:Belaruslar Kateqoriya:Esse Kateqoriya:Polyaklar Kateqoriya:Publisistlər Kateqoriya:Teatr aktyorları Kateqoriya:XXI əsr ədəbiyyatı